Şəmkirdə Novruz bayramı münasibətilə tədbir keçirilib
18.03.2025 [17:00]
17 mart 2025-ci il tarixdə YAP Şəmkir rayon təşkilatının və Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə rayonun Tarix-Diyarşünaslıq Muzeyinin həyətində "Baharın nəğməsi" adlı Novruz bayramına həsr olunmuş tədbir keçirib.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsü, milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Novruz ümumbəşəri dəyərləri, sülhü və tolerantlığı tərənnüm edən bayramdır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır. Qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın dinamik inkişafla səciyyələnən müasir həyatı və bütün guşələrini əhatə edən genişmiqyaslı quruculuq-abadlıq işləri Novruz bayramının yeniləşdirici ab-havası ilə həmahəngdir. Beş ildir bayramlarımızı Zəfər ruhunda qeyd edirik. Tarixi Zəfərimizin və suverenliyimizin yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir.
Digər çıxış edənlər bildirib ki, xalqımızın ən qədim və əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Novruz bayramı ulu babalarımızdan bizə yadigar qalan, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
Tədbirdə Novruzun rəmzləri olan kosa və keçəlin, bahar qızın iştirakı ilə, eləcə də Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin təqdimatında xalqımızın qədim milli ənənələrinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiyalara, folklor kollektivlərinin nümunəvi çıxışlarına tamaşa edilib.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

