Azərbaycanın enerji təhlükəsizliyindəki rolu
08.04.2025 [17:29]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Artıq xəbər verildiyi kimi, aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları baş tutdu. Məlumdur ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası bu layihənin uğurlu istismarı və fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır.
Tədbirin gedişində bir çox digər vacib məsələlərlə yanaşı ölkələrin enerji təhlükəsizliyi və sənaye təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə olunub. Qeyd edək ki, bu mötəbər toplantı təkcə enerji sahəsinə dair müzakirələrin aparıldığı iqtisadi-texniki platforma deyil. Bu, həm də geosiyasi baxımdan strateji əhəmiyyətə malik olan və beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən birini təşkil edən siyasi platformadır. Bu gün enerji təhlükəsizliyi hər bir ölkə üçün milli təhlükəsizliyin ayrılmaz bir hissəsi olmaqla, bu sahədə təsir rıçaqlarına malik olan ölkələrin siyasi nüfuzunun yüksəlməsini şərtləndirir. Azərbaycan isə, xam neftin, təbii qazın, neft məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısı olmaqla bir çox ölkələrin enerji və sənaye təhlükəsizliyinin təmin olunmasında mühüm aktorlardan biri kimi çıxış edir.
Məşvərət Şurasının iclaslarında çıxış edən cənab Prezident İlham Əliyev xüsusi olaraq bildirdi ki, bu gün “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Bir neçə ildən sonra isə bir çox digər neft-qaz yataqlarının da istismarına başlanacaq. Bununla bağlı müqavilələr artıq imzalanıb və hazırda işçi proqram həyata keçirilir. Hazırda Cənub Qaz Dəhlizinin 3 ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kəmərləri tam iş gücündə işləyirlər və onların genişləndirilməsi tələb olunur. Çünki Avropada hazırda alternativ enerji mənbəyinə və təchizatın davamlı şaxələndirilməsinə böyük ehtiyac var. Avropanın Rusiyadan enerji asılılığını azaltmaq istədiyi bir dövrdə Azərbaycanın etibarlı tərəfdaş kimi təsdiqlənməsi heç də təsadüfi deyildi. Bu, illərlə aparılan uzaqgörən siyasətin, düşünülmüş strateji yanaşmanın nəticəsi və ölkənin artan iqtisadi gücünün göstəricisi idi.
Bütün bunlarla yanaşı Azərbaycan həm də çox böyük yaşıl enerji potensialına malikdir. Məhz bu potensialın hesabına Azərbaycan enerji təhlükəsizliyində tərəfdaşlıq üçün getdikcə daha mühüm rol oynayacaq. Bu gün artıq investorlarla imzalanmış Günəş və Külək enerji stansiyalarına aid olan müqavilələrin hesabına ölkəmizdə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi hasil ediləcək. Bu, nəticə etibarı ilə hazırda ölkə daxilində elektrik enerjisinin istehsalı üçün istifadə olun xeyli təbii qaza qənaət etmək imkanı yaradacaq və qənaət olunan qaz ixraca yönəldiləcək. Bununla da Azərbaycanın qaz təchizatının Avropadakı coğrafiyası getdikcə genişlənəcək və ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolu daha da artacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

