Azərbaycan geniş beynəlxalq əməkdaşlığa açıqdır
08.04.2025 [21:17]
Gündüz Bayramov,
YAP Samux rayon təşkiatının sədri
Ölkəmizin paytaxtı Bakı şəhəri artıq beynəlxalq enerji dialoqu üçün mühüm platformaya çevrilib. Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. İclasa Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Bu tədbirlər enerji təhlükəsizliyi, regional əməkdaşlıq və yaşıl keçid istiqamətində mühüm çağırışlar fonunda təşkil olunaraq, strateji əhəmiyyət daşıyan müzakirələrə və gələcək addımların müəyyənləşdirilməsinə yol açır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib. Dövlət başçısının həmin tədbirdəki çıxışı ölkəmizin müzakirə olunan mühüm mövzular üzrə öncüllüyünün təsdiqi baxımından xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir.”-deyə dövlət başçısı bildirdi.
Prezident İlham Əliyevin çıxışında bu layihənin uğurlu olmasının əsasında iki məqsədin dayandığını qeyd etdi: “Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür".
Müzakirələrdə Cənub Qaz Dəhlizinin iştirakçı ölkələri, beynəlxalq maliyyə institutları və enerji şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi prioritet kimi vurğulanıb. Dəhlizin üç əsas komponenti – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP hazırda tam gücü ilə işləyir. Lakin sürətlə dəyişən qlobal enerji bazarı və artan tələbat fonunda bu infrastrukturun genişləndirilməsi vacib məsələ kimi qarşıya qoyulub. Azərbaycanın son bir il ərzində təbii qazını əlavə 5 ölkəyə ixrac etməsi və bu sayın 12-yə çatdırılması, o cümlədən 10 Avropa ölkəsinin bu siyahıya daxil olması qaz təchizatının coğrafiyasının davamlı şəkildə genişləndiyini göstərir. “Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək” – dövlət başçısı bildirib.
Toplantı çərçivəsində yaşıl kabel layihəsi də müzakirə edildi. Qeyd olundu ki, Avropaya uzanacaq bu layihənin texniki əsaslandırma işləri tamamlanmaq üzrədir. Layihə reallaşarsa, Azərbaycanın bərpaolunan enerji resurslarının ixracı üçün yeni bir mərhələ başlayacaq.
Toplantıda enerji layihələrinin maliyyələşdirilməsinə dair bəzi beynəlxalq maliyyə institutlarının mövqeyi ilə bağlı xüsusi vurğulanan məsələ də müzakirə edildi. Azərbaycan Prezidenti onların faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq siyasətinin yenidən nəzərdən keçirilməsini təklif edib. Bu siyasət geosiyasi dəyişikliklər kontekstində istehsal, nəql və çatdırılma sahəsində müəyyən problemlərə yol aça bilər.
Tədbir iştirakçıları Azərbaycanın yaşıl enerji sektorunda atdığı addımları, bərpaolunan mənbələrə yönəlik sərmayələri və bu sahədə beynəlxalq əməkdaşlığı yüksək dəyərləndirib. Ölkəmizdə 2030-cu ilə qədər 6.5 giqavatlıq yaşıl enerji istehsalı potensialının yaradılması hədəfi qoyulub. Günəş və külək enerjisi sahəsində artıq bir sıra investisiya müqavilələri imzalanıb. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialı fəal şəkildə reallaşdırılır və bu istiqamətdə artıq 270 meqavatlıq güc istifadəyə verilib. Yaşıl enerji sahəsində atılan addımlar, Azərbaycanı yalnız enerji ixracatçısı kimi deyil, həm də bərpa olunan enerji sahəsində inkişafa öncülük edən bir ölkə kimi tanıdır.
Göründüyü kimi, istər təbii qazla bağlı infrastrukturun genişləndirilməsi, istərsə də yaşıl enerji sektorunda sərmayə layihələri ölkənin enerji siyasətinin çevik və strateji şəkildə formalaşdırıldığını göstərir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bir daha təsdiqlədi ki, Azərbaycan enerji sahəsində regional lider rolunu qoruyur və daha geniş beynəlxalq əməkdaşlığa açıqdır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

