Artan nüfuz və uğurlu əməkdaşlıq
14.04.2025 [19:51]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Azərbaycan regional təhlükəsizliyə özünəməxsus səviyyədə töhfələr verir ki, bu da beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Ölkəmizin apardığı enerji siyasəti dünyada regional, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir.
Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Bu beynəlxalq forum artıq sürətlə dəyişən qlobal mənzərənin və regional çağırışların müzakirə olunduğu mühüm platformaya çevrilib.
Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif dövlətlərlə istər ikirərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksək səviyyədə qurulmasını və yeni istiqamətlər üzrə inkişaf etdirilməsini şərtləndirir. ADA Universitetində keçirilən forumun mövzusundan da göründüyü kimi, hazırkı dövrün əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin qorunmasıdır.
Prezident İlham Əliyev forumda çıxış edərək Azərbaycanın türk dünyasına aid olan dövlətlərlə əməkdaşlığa hər zaman öz dəstəyini verdiyini, bizləri tarix, etnik köklər birləşdirdiyini, dillərimiz arasında, mədəniyyətlərimiz və adət-ənənələrimiz arasında kifayət qədər oxşarlıqlar olduğunu diqqətə çatdırıb.Azərbaycanın hər zaman Türk Dövlətləri Təşkilatnın daha güclü olması üçün öz üzərinə düşən vəzifələri lazımınca yerinə yetirir. Dünya türk dövlətlərinin birliyini, həmrəyliyini hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpasında daha aydın görmək olar.Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Azərbaycan səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördü. Bu fakt da xüsusi vurğulandı ki, COVID zamanı Azərbaycan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdı. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi.
Prezident İlham Əliyev çıxışında günü gündən inkişaf edən Azərbaycan Gürcüstan əlaqələrinə də toxunub. Qarşılıqlı sadiqlik və dostluq üzərindən qurulan bu əlaqələrin nə qədər möhkəm olduğunu Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk xarici səfərini ölkəmizə etməsi bunu bir daha sübut etdi.
Dövlət başçısı İlham Əliyevin forumda cıxışı zamanı toxunduğu əsas məsələlərdən biri də Ermənistan-Azərbaycan münasibətləri, Azərbaycanın regionda dayanıqlı sülhün əldə olunması üçün göstərdiyi səylərin diqqətə çatdırılması oldu.Bir daha bəyan olundu ki, məhz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. “Halbuki bizim hamımızın buna imkanı var idi. Ermənistan regionda reallaşan layihələrin bir hissəsi ola bilərdi. Lakin “böyük Ermənistan” xülyası buna mane oldu. Cənubi Qafqazda əməkdaşlıq Azərbaycan və Ermənistan arasında sazişin imzalanmasından asılıdır. Yalnız belə olan halda Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, təbii olaraq bu proses silahlanma fonunda baş verə bilməz.
Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycan – Çin münasibətlərinə də toxunaraq iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannaməni önəmini xüsusi vurğulayıb: “Həmin Bəyannamə ötən il mənim Sədr Si Cinpinlə görüşümün nəticəsində qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli nailiyyət oldu. Çünki Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir. Azərbaycan Çin ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Hər iki dövlət “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.
Beləliklə, ADA-da keçirilən forum bu dəfə də maraqlı müzakirələrlə yadda qaldı. Burada verilən bəyanatlar həm də Azərbaycanın yaratdığı reallıqların dünyaya təqdim olunması baxımından əhəmiyyətli oldu.
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20

