Zərifə xanım Əliyevanın şərəfli ömür yolu gələcək nəsillər üçün nümunədir
15.04.2025 [23:26]
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapıb.
Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə xanım respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıb.
Tale elə gətirmişdi ki, Ulu Öndərin ailəsindəki həkimlər, xüsusən ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva o dövrdə təbabət qarşısında duran başlıca problemlər üzərində düşünür, həlli yollarını axtarırdı. Zərifə xanım insanların sağlamlığı ilə bağlı ən ağrılı məsələləri Heydər Əliyevlə müzakirə edir, tibbi-sosial problemlərdən mümkün çıxış yollarını bu müdrik şəxsiyyətlə məsləhətləşirdi.
Mayası nurdan yoğrulan, amalı insanların gözünə, qəlbinə nur saçmaq olan parlaq şəxsiyyət Zərifə Əliyevanın zəngin, şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün nümunədir. O, peşəkar həkim-mütəxəssis, ləyaqətli ziyalı, vəfalı ömür-gün yoldaşı, həmçinin qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxıb. Zərifə xanım XX əsr Azərbaycan səhiyyəsində, xüsusilə onun mühüm tərkib hissəsi olan oftalmologiya sahəsində savadlı, peşəkar mütəxəssislərin yetişməsində fəal rol oynamaqla yanaşı, öz ailəsinin timsalında gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin örnəyini yaradıb. Bu məqamda belə bir faktı xatırlatmaq yerinə düşər ki, Zərifə xanım görkəmli elm və dövlət xadimi Əziz Əliyev kimi yüksək mövqe tutmuş bir ailədən gəlmişdir. Zərifə xanım ötən əsrin 30-40-cı illərində ölkənin əsas problemlərindən biri olan malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası, qayğıkeş həkim, görkəmli pedaqoq-alim, professor Əziz Əliyevin həyat yolunu özünə örnək götürmüşdü.
O dövrdə Azərbaycanda geniş yayılmış traxoma kimi təhlükəli göz xəstəliyinin ləğv edilməsi Zərifə xanımın adı ilə bağlıdır. Biz hələ Zərifə Əliyevanın dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratması, bununla da tibb elmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyması kimi beynəlxalq əhəmiyyətli kəşflərini demirik. Eləcə də bu elm fədaisinin apardığı tədqiqatlar, keçirdiyi yuxusuz gecələr sayəsində ərsəyə gəlmiş dərsliklər, monoqrafiyalar günü bu gün də bütün dünyada oftalmologiya elminin inkişafına xidmət edir. Təsadüfi deyil ki, dünya miqyasında iridodiaqnostikaya dair ilk kitablar məhz akademik Zərifə Əliyevaya məxsusdur.
Zərifə xanım öz elmi fəaliyyəti ilə sübut edib ki, sağlamlığın yolu elmdən keçir, xəstəliklərin qarşısının alınması, müalicəsinin tapılması üçün elmi araşdırmalar praktik həkimlik fəaliyyəti qədər, ondan da çox əhəmiyyət daşıyır. Zərifə xanımın gözün virus xəstəlikləri sahəsində əldə etdiyi elmi nailiyyətlərin tətbiqi bir çox xəstəliklərin differensial diaqnostikası və müalicəsində mühüm irəliləyişlərə səbəb olub. Zərifə Əliyeva gözün bəzi bədxassəli şişlərinin diaqnostikası və müalicəsinə də diqqət göstərib, eyni zamanda, göz melanomasının klinik gedişatının xüsusiyyətlərini öyrənib, əldə etdiyi nəticələri məqalələrdə əks etdirib. Onun monoqrafik əsərləri təkcə oftalmoloqların deyil, həm də fizioloqların stolüstü kitabına çevrilib. Zərifə Əliyeva tibbi etika məsələləri ilə də maraqlanır, həkimlərin cəmiyyətdəki roluna, müvafiq peşə fəaliyyətində əxlaqi prinsiplərin tərbiyəsinə xeyli vaxt ayırırdı. Onun həkimin etik davranışı haqqında çox dəyərli fikirləri, bu mövzuda çoxsaylı məqalə və çıxışları, kitabları həkim şəxsiyyətinin formalaşması işinə mühüm töhfələr verib.
Zərifə xanım böyük ənənələri olan Azərbaycan Tibb Universitetində müəllimlərindən aldığı dərs, eləcə də özünün böyük səyləri ilə sözün əsl mənasında nüfuzlu həkim kimi formalaşmışdır. O, qısa və sürətlə bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirmiş, ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət qazanan görkəmli elm xadimi kimi tanınmışdır.
Zərifə xanım həkimlik peşəsinə başladığı ötən əsrin 70-ci illərində Azərbaycanda göz xəstəlikləri üzrə müalicə digər sahələrlə müqayisədə bir qədər geri qalırdı. Məhz Zərifə xanım və onun ətrafında birləşən həkimlərin, mütəxəssislərin birgə səyləri ilə addım-addım bu gerilik aradan qaldırılmışdır. Zərifə xanımın rəhbərlik etdiyi həkim briqadası Bakıda və regionlarda dəfələrlə ardıcıl olaraq müalicə diaqnostika işləri görüblər. Zərifə xanımın traxoma xəstəliklərinə həsr olunduğu dissertasiyası Azərbaycanın müxtəlif bölgələrində göz xəstəliklərinə aid apardığı müşahidələr, eksperimentlər, topladığı materiallar əsasında hazırlanmışdır.
Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir.
Xəbər lenti
Hamısına baxSiyasət
06 Mart 10:12
Analitik
06 Mart 09:51
Ədəbiyyat
06 Mart 09:33
Sosial
06 Mart 09:15
Sosial
06 Mart 08:50
Sosial
06 Mart 08:38
Siyasət
06 Mart 08:05
Siyasət
06 Mart 07:59
Siyasət
06 Mart 07:58
Siyasət
06 Mart 07:57
Siyasət
06 Mart 07:56
Siyasət
06 Mart 07:48
YAP xəbərləri
05 Mart 22:31
İqtisadiyyat
05 Mart 22:20
Xəbər lenti
05 Mart 21:55
Siyasət
05 Mart 21:44
Siyasət
05 Mart 21:43
İqtisadiyyat
05 Mart 21:17
Siyasət
05 Mart 20:45
İdman
05 Mart 20:45
Siyasət
05 Mart 20:23
Siyasət
05 Mart 20:22
Siyasət
05 Mart 20:18
YAP xəbərləri
05 Mart 20:18
Sosial
05 Mart 19:54
YAP xəbərləri
05 Mart 19:30
Gündəm
05 Mart 19:19
Elm
05 Mart 19:13
YAP xəbərləri
05 Mart 18:40
Siyasət
05 Mart 18:10
Hərbi
05 Mart 18:09
Sosial
05 Mart 18:08
Siyasət
05 Mart 18:07
Siyasət
05 Mart 18:03
YAP xəbərləri
05 Mart 17:44
YAP xəbərləri
05 Mart 17:42
Dünya
05 Mart 16:56
Siyasət
05 Mart 16:55
Hərbi
05 Mart 16:54
Sosial
05 Mart 16:54
Siyasət
05 Mart 16:52
YAP xəbərləri
05 Mart 16:51
YAP xəbərləri
05 Mart 16:48
Siyasət
05 Mart 16:43
Siyasət
05 Mart 16:43
Siyasət
05 Mart 16:42
Gündəm
05 Mart 16:42
Gündəm
05 Mart 16:41
Gündəm
05 Mart 16:32
YAP xəbərləri
05 Mart 15:40
YAP xəbərləri
05 Mart 15:39
YAP xəbərləri
05 Mart 15:38
YAP xəbərləri
05 Mart 15:37
Siyasət
05 Mart 15:24
Siyasət
05 Mart 15:20
Siyasət
05 Mart 15:18
Hadisə
05 Mart 15:08
İqtisadiyyat
05 Mart 15:07
YAP xəbərləri
05 Mart 14:56
YAP xəbərləri
05 Mart 14:41
Gündəm
05 Mart 14:35
YAP xəbərləri
05 Mart 14:29
Sosial
05 Mart 14:10
Siyasət
05 Mart 14:04
Gündəm
05 Mart 13:50
Hərbi
05 Mart 13:44
YAP xəbərləri
05 Mart 13:22
Siyasət
05 Mart 12:53
YAP xəbərləri
05 Mart 12:49
YAP xəbərləri
05 Mart 12:48

