Qazaxda 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi
25.04.2025 [21:38]
25 aprel 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı, Qazax Rayon İcra Hakimiyyəti və Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir ” mövzusunda tədbir keçirildi.
Tədbir Ümummilli Lider Heydər Əliyevin büstünün ziyarəti ilə başladı.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq tədbir iştirakçılarını salamladı, Möhtərəm Prezidentimizin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirən rayon təşkilatının sədri tədbirin mahiyyətindən, əhəmiyyətindən, xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından, bütün ölkə ərazisində konstitusiya quruluşumuzun tamamilə bərqərar edilməsindən, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında qazanılan misilsiz qələbə sayəsində Dövlət Bayrağımızın bu gün bütün ərazilərimizdə əzəmətlə dalğalanmasından ətraflı bəhs etdi.
Konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov geniş məruzə ilə çıxış edərək bildirdi ki, müdrik xalqımız bu il müəllifi Ulu Öndər Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini və Vətən müharibəsində qazanılan Möhtəşəm Zəfərin 5 illiyini təntənə ilə qeyd edəcəkdir. Rayon İcra Hakimiyyətinin başçısı Möhtərəm Prezidentimiz tərəfindən imzalanan Sərəncamın mühüm tarixi əhəmiyyətindən, qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən, qarşıda duran mühüm vəzifələrdən geniş danışdı.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək dünyadakı mövcud durumdan, beynəlxalq aləmdə cərəyan edən hadisələrdən, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan, qələbələrdən ətraflı danışaraq, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün uğurla davam etdirildiyini və müstəqil, suveren Azərbaycanın beynəlxalq aləmdə söz sahibi, nüfuz sahibi olduğunu və hazırda ölkəmizin yeni bir inkişaf dövrünü yaşadığını xüsusi vurğuladı.
Tədbirdə şəhid atası Elxan Abdullayev, Qazax Dövlət Sosial - İqtisadi Kollecinin tələbəsi Sücayət Mahmudova, partiya veteranı, şair Cavanşir Rüstəm “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir " mövzusunda ətraflı çıxış etdilər.
Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər.
Tədbirin sonunda rayonun ictimai- siyasi həyatında fərqlənən partiya üzvləri YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu, partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

