Azərbaycan-Çin münasibətlərində yeni səhifə
25.04.2025 [19:50]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Prezident İlham Əliyev 21 aprel 2025-ci il tarixində Çin Xalq Respublikasına rəsmi dövlət səfəri ərəfəsində Azərbaycan Çinin Sinxua agentliyinə verdiyi müsahibədə mühüm məqamlara toxunub, iki dost dövlət arasında münasibətlərdən geniş bəhs edib. Dövlət başçısı ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunduğunu bildirib. 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra iki ölkə arasındakı əməkdaşlığın bir çox səmərəli nəticə verdiyinin Bəyannamədə xüsusi olaraq qeyd edildiyini vurğulayıb. Ölkə başçısı Astanadakı görüş və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamənin tarixi hadisə olduğunu və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını bildirib.
Dövlət başçısı dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biri olan Çin, Respublikanın Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında bütün sahələrdə mühüm uğurlar, nailiyyətlər qazandığını bildirib. Ölkə başçısı qeyd edib ki, məhz bu uğurlar Çini dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxarib, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmlənib. Prezident İlham Əliyev Çinin inkişafının təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verdiyini qeyd edib.
Müsahibəsində iki ölkə arasındakı ticari əlaqələrə toxunan Dövlətimizin başçısı Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcminin 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artdığını və 3,744 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb. “Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır”- deyə ölkə başçısı əlavə edib.
Azərbaycan və Çin arasında mövcud olan təhsil sahəsindəki əməkdaşlıqdan bəhs edən Prezident İlham Əliyev iki ölkənin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən vətəndaşların sayının ildən-ilə durmadan artdığını bildirib. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dilinin tədris olunduğunu, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzlərinin fəaliyyətə başlaması, müvafiq kafedranın yaradılmasının sevindirici hal olduğunu qeyd edib.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olduğunu, sədrliyi dövründə Qlobal Cənub ölkələrini birləşdirən bu vacib platformanın rolunun və statusunun artırılması istiqamətində bir sıra ardıcıl səylər göstərdiyini bildirib. Qlobal Cənub ilə Qlobal Şimal arasında daha möhkəm körpülərin qurulması Azərbaycanın COP29-da sədrliyi çərçivəsindəki ideyalardan biri olduğunu söyləyib.
Xəbər lenti
Hamısına baxGündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07

