Türk Dövlətləri Təşkilatı böyük regional gücdür
26.05.2025 [14:51]
Ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində yeni müstəqil Türk dövlətlərinin yaranması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların daha çox birlikdə hərəkət etməsi zərurətinin yaranmasına gətirib çıxarmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq, türkdilli dövlətlərin başçılarının Zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır.Son bir neçə ildə Türk Dövlətləri Təşkilatı (TDT) mütəşşəkkil bir birliyə çevrilib. Xüsusilə ölkəmiz türk dövlətləri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi hesab edir və bu təşkilatın daha da güclənməsi və regional güc mərkəzi kimi inkişaf etməsini istəyir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki çıxışında demişdi ki, TDT Azərbaycan üçün əsas beynəlxalq təşkilatdır. Dövlət başçısı bunu təşkilat üzvlərinin bir ailə olması ilə əlaqələndirmişdi. Azərbaycanın bu baxımdan unikallığı həm də ondan ibarətdir ki, onun təkcə çoxillik qardaşlıq əlaqələri deyil, həm də təşkilatın bütün iştirakçıları ilə müasir əlaqələri var. Azərbaycan müasir tarixinin böyük hissəsini məhz Mərkəzi Asiya respublikaları ilə bölüşür. Əməkdaşlığın əsası da ortaq tarix və maraqlardan qaynaqlanır.İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra bu birlik daha da möhkəmlənir, türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.Dövlətimizin başçısının TDT-yə üzv ölkələrin inteqrasiyasına və inkişafına verdiyi töhfələr hamıya yaxşı məlumdur.
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də Azərbaycanın bu təşkilata diqqət və hörmətinin bariz nümunəsidir. Prezident İlham Əliyev çıxışında ölkəmizin nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Azərbaycan Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olmaqla türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Bakı gəmiqayırma zavodunda hazırda 10 yeni gəmi inşa edilməkdədir. Bu təşəbbüslər həm daxili nəqliyyat potensialını artırıb, həm də türk dövlətləri üçün alternativ və təhlükəsiz nəqliyyat marşrutları təmin edib. Bununla yanaşı, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində işlərə başlanılıb. Bu liman Transxəzər Nəqliyyat Dəhlizində mühüm mövqe tutub, Orta Dəhlizin genişlənməsinə real töhfə verib. Həmçinin, Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərib və sayca 9-cu hava limanının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub. Dövlətimizin başçısı qeyd edib ki, bu hava limanlarından 3-ü Ermənistanın işğalından azad olunmuş ərazilərdə yerləşdirilib. Bu isə Azərbaycanın logistik imkanlarını daha da genişləndirib və regiondaxili inteqrasiyanı gücləndirib. Həmçinin illik 1,5 milyon ton yük qəbul edə biləcək karqo terminalının tikintisinə başlanılıb.
Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlət başçısı İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə tədbir iştirakçılarını Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət etdi. Təbii ki, bu dəvət, həmçinin Azərbaycanın türk dünyasının birilyinə xidmət edən hər bir addıma böyük dəstəyi, irəli sürdüyü təşəbbüslər özündə Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı səsləndirilən əminliyin əməldə öz təsdiqini tapmasıdır. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq aləm bir daha türk dünyasının birliyinin şahidi oldu. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür.
Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Zirvə görüşünün sonunda imzalanan 71 bənddən ibarət Budapeşt Bəyannaməsində qeyd olunduğu kimi, Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.
Beləliklə, bugün Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühüm addımlar atır, təşəbbüslər göstərir. Bütün bu diplomatik uğurlar isə ölkə başçısı cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır.
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

