Ölkəmiz Türk dünyası üçün dayanıqlı inkişaf modelinə çevrilib
27.05.2025 [14:50]
Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Türk dövlətləri arasında qarşılıqlı anlaşmanı möhkəmləndirib, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarını artırıb.
Müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Türk dünyasının böyük coğrafi əhatə dairəsi və ortaq mədəni-siyasi yaddaşı son illərdə təkcə tarixi bağlılıqla deyil, həm də çağdaş geosiyasi ehtiyaclarla yenidən formalaşır.
Bu baxımdan mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasında yeni bir dövrün başlanğıcını simvolizə edir. Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən sammiti bu gün mövcud olan yeni risklər və təhlükələr qarşısında türk dövlətlərinin birliyini bir daha nümayiş etdirdi. Bu platforma son onilliklər ərzində böyük Avrasiyanın siyasi səhnəsində özünü yaxşı tərəfdən göstərib və bu gün bu qitənin geosiyasi mənzərəsinin tərkib hissəsidir. Azərbaycanın təklif etdiyi bu format bu gün xüsusilə aktualdır. Regional və beynəlxalq münasibətləri sisteminin sürətli dəyişdiyi bir dövrdə iştirakçı ölkələrin daha çox ünsiyyət qumaşına ehtiyac yaranır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında da respublikamızın, ümumilikdə, adıçəkilən qurumun üzv ölkələri ilə iqtisadi münasibətlərindən geniş bəhs edib. Ölkə rəhbəri Azərbaycanın türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığının gücləndiyini bildirib. Qeyd edib ki, son illər ərzində respublikamızda nəqliyyat infrastrukturuna –avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub.
Zirvə çərçivəsində Prezident İlham Əliyevin çıxışı təşkilatın gələcək strateji xəttinin formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının irəli sürdüyü ideyalar və təqdim olunan faktlar Azərbaycanın bu təşkilatda aparıcı aktor kimi çıxış etdiyini bir daha təsdiqləyir.
Həmçinin qeyd edildi ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilməsinə şad olduğunu bildirdi.
Sammitdə ticarətin genişləndirilməsi, gömrük prosedurlarının uyğunlaşdırılması və Orta Dəhliz və transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafı vasitəsilə regional iqtisadi inteqrasiyanın konkret yol xəritəsini əks etdirən Budapeşt Bəyannaməsi qəbul edildi ki, bu da şübhəsiz ki, türk dünyası ölkələri arasında əlaqələri daha da gücləndirəcəkdir. Dövlətimizin başçısının haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmiş, nəqliyyat infrastrukturunun yaradılması və inkişafına mühüm investisiyalar yatırmışdır. bu gün Azərbaycan Mərkəzi Asiyadan başlayaraq Türkiyə üzərindən Avropaya qədər uzanan böyük bir türk əməkdaşlıq xəttinin əsas dayağına çevrilib.
Türk Dövlətləri Təşkilatının gələcəkdə yalnız iqtisadi və humanitar sferada deyil, müdafiə və təhlükəsizlik sahələrində də mütəşəkkil və effektiv bir struktur kimi formalaşması strateji zərurətə çevrilib. Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən Bəyannamə TDT-nin inkişaf trayektoriyasını və gələcək fəaliyyət mexanizmlərini müəyyənləşdirən strateji sənəd kimi dəyərləndirilir. Sənəddə müdafiə sənayesi sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi bəyan edilir. Bu, türk dövlətləri arasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi və ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından əlamətdar hadisədir.
Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

