Azərbaycan regionda yeni mühit formalaşdırdı
04.06.2025 [16:20]
Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində imzalanan, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından bizləri ayıran 31 ilə yaxın dövrün reallıqlarına diqqət yetirsək belə bir fikri böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu müqavilə Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı.
Bu sazişin imzalanmasından öncə Azərbaycanın enerji sektorunda malik olduğu imkanların beynəlxalq aləmə çatdırılmasında əhəmiyyyətli rol oynayan Beynəlxalq Xəzər Neft-Qaz sərgisi keçirildi. Atılan bu addımlar Azərbaycanın hansı iqtisadi imkanlara malik olduğunu nümayiş etdirdi. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi»nin imzalanması, eyni zamanda, 2020-ci ilın sonunda Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə istifadəyə verilməsi ölkəmizin qarşısında daha geniş imkanlar açdı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji sektorunda da qazandığı uğurlar, Azərbaycanın Avropa üçün önəminin artması və sair kimi əhəmiyyətli məqamlar diqqətdən kənarda qalmır. Reallıq budur ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un açılışında sərgidən-sərgiyə enerji sektorunda sadalanacaq uğurların olduğunu xüsusi qeyd edərək ötən bir ilin nailiyyətləri fonunda qarşıda dayanan hədəfləri də açıqladı. Bu mühüm reallıq qeyd edildi ki, tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır: “Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil”. Prezident İlham Əliyev çıxışlarında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmizə qazandırdığı uğurları önə çəkərək bildirir ki, biz bütün imkanlardan istifadə edib daim irəliyə baxmalıyıq. Hər bir sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi gələcək uğurlara böyük yol açır. Bir sözlə, bu günün reallıqları Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq» fikrini təsdiqləyir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, həmçinin qaz, elektrik enerjisi ixracatçısı kimi tanınır. Dövlətimizin başçısı Yubiley tədbirindəki çıxışında günümüzün bu reallığını da xüsusi vurğuladı ki, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

