Beynəlxalq həmrəyliyin nümayişi
06.06.2025 [15:33]
İyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”unun keçirilməsi bir daha ölkəmizin beynəlxalq aləmdə etibarlı bir tərəfdaş kimi günbəgün artan nüfuzuna və enerji təhlükəsizliyi baxımından əhəmiyyətli roluna xidmət edən nüfuzlu bir enerji tədbiri kimi qiymətləndirilir. Forumda iştirak edən şirkətlərin, həmçinin onların təmsil etdikləri ölkələrin say tərkibində artım da bunu deməyə əsas verir.
Tədbirin rəsmi açılış mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd etdi ki, 31 il bundan öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş ilk sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bundan sonra Azərbaycan tərəqqi və sabitlik yoluna qədəm qoydu, dünya birliyinə bərabərhüquqlu üzv kimi inteqrasiyasına başladı. Əlbəttə ki, bütün bunlar Ümummilli Lider Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Məhz vaxtında atılmış həmin müdrik addımın nəticəsidir ki, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik olan, insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatıran bir ölkəyə çevrilmişdir. Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini getdikcə artırır. Çünki, enerji, neft və qaz bundan sonra da hələ uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.
Öz çıxışında Dövlət Başçısı onu da xüsusi vurğuladı ki, bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir.
Möhtərəm Prezident İlham Əliyevin çıxışlarında bu mühüm məqam xüsusi qeyd edilir ki, enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir. Enerji təhlükəsizliyini gücləndirməyə, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlməyə dəstək olmaq üçün hər birimiz vahid komanda kimi çalışırıq. Azərbaycan etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi qəbul edilir. Bəli, bu gün Azərbaycan yalnız neft, qaz deyil, elektrik enerjisi ixracatçısı kimi nüfuz qazanır. Bərpaolunan enerji sahəsində əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanlar mövcuddur. COP29 iqlim konfransı bu imkanları təqdim etdi.
Göründüyü kimi bu gün enerji siyasəti artıq sadəcə resurs deyil, həm də strateji və mənəvi məsuliyyətdir. Bu gün beynəlxalq aləmdə sözü imzası qədər dəyərli olan, etibarlı bir tərfdaş kimi qəbul edilən Azərbaycan isə bu məsuliyyəti üzərinə götürən, ona sadiq qalan və onu qlobal platformalarda uğurla təqdim edən bir dövlətdir. Bəli, bu yol yaşıl enerjiyə, ədalətli enerji bölüşdürülməsinə və beynəlxalq etimada aparan yoldur. Bu yolun önündə müstəqil, suveren, güclü, qüdrətli Azərbaycan var. Əminliklə söyləmək olar ki, bütün bunların fonunda Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan etibarlı bir tərəfdaş kimi bundan sonra da yeni-yeni uğurlara imza atacaqdır.
Mehman Ballayev,
YAP Qazax rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

