YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinə səfərdədir
21.07.2025 [11:32]
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hakim Ulusal Birlik Partiyasının (UBP) dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Musa Quliyev, Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadədən ibarət YAP nümayəndə heyəti Barış Hərəkatının 51-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün bu ölkədə səfərdədir.
Səfər çərçivəsində YAP nümayəndə heyəti bir sıra görüşlər keçirib. İyulun 19-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan və ŞKTC arasında tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətləri vurğulanıb, siyasi partiyalar arasında əlaqələrin inkişafının əhəmiyyəti qeyd olunub. Tərəflər mədəniyyət, təhsil və gənclər sahəsində birgə təşəbbüslərin və müştərək layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
YAP nümayəndə heyəti Şimali Kiprin Baş naziri Ünal Üstel ilə də görüşüb. Görüş zamanı Azərbaycan və ŞKTC arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarət imkanlarının araşdırılması, turizm, təhsil və sosial sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında müzakirələr aparılıb. Tərəflər regionda sülh və sabitliyin qorunmasının vacibliyini də xüsusi olaraq qeyd ediblər.
Bundan əlavə, nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler ilə görüş keçirib. Görüşdə parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, qanunverici orqanlar arasında təcrübə və informasiya mübadiləsi, eləcə də qanunvericilik sahəsində birgə müzakirələrin təşkili imkanları dəyərləndirilib. Qarşılıqlı səfərlərin və komitələrarası əməkdaşlığın gücləndirilməsi xüsusi olaraq vurğulanıb.
Günün sonunda YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Ziya Öztürkler və xanımı Oya Öztürklerin adından Barış Hərəkatının 51-ci ildönümü münasibətilə verilən rəsmi ziyafətdə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

