Siyəzənlilər inkişaf və əmin-amanlığın qarantı olan cənab İlham Əliyevə səs verəcəklər
20.09.2013 [10:41]
Rayonun Eynibulaq kəndində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla həyata keçirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Eynibulaq kəndində keçirilib.
Tədbirdə çıxış edən YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov deyib ki, ölkəmizdə aparılan quruculuq, abadlıq işləri göz qabağındadır: “Ölkəmizdə yeni hündürmərtəbəli binaların tikilməsi, yeni körpülərin, yeraltı keçidlərin, yolların, bir-birindən gözəl parkların salınması kimi amillər qazanılan uğurların bariz nümunəsidir. Artıq Azərbaycan regionda ən qabaqcıl ölkələrdən biridir. Qafqaz ölkələri Azərbaycanın hesabına öz inkişafını təmin edə bilir. Azərbaycan hazırda həm özü inkişaf edir, həm də region ölkələrinin inkişafı üçün təminat yaradır. Vaxtilə Azərbaycan xaricdən investisiya almaq üçün müəyyən ölkələrlə münasibət qurmağa çalışırdı, hazırda isə əksinə, Azərbaycan özü bu gün investisiya qoyan ölkələrdən biridir. Bütün bu sadalanan uğurlarda isə ölkə başçısının böyük xidmətləri var. Bu gün bunu bilən hər bir vətəndaş cənab Prezidentin ətrafında sıx birləşməli və Ona səs verməlidir”.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini son illərdə daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləyib: “Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına, Rusiya, ABŞ və Avropa dövlətlərinin regionda toqquşan maraqlarının optimal şəkildə uzlaşdırılmasına çalışıb. Respublikamızın diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini qazanması onun müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterində hansısa şübhə və tərəddüdlərə yer qoymur. Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Eyni zamanda, müstəqil Azərbaycanda səhiyyə, gənclər və idman, təhsil və digər sahələrdə əldə olunan mühüm tarixi nailiyyətlər ölkənin daim güclənən və çevik sosial siyasət kursuna malik olduğunu göstərir. Mən bu amilləri nəzərə alan bütün sağlam düşüncəli siyəzənliləri 9 oktyabrda cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Kənd əhalisi adından çıxış edən Seyidağa Mirzəyev bu seçkilərdə də həmişə olduğu kimi inkişaf və əmin-amanlığın qarantı olan İlham Heydər oğlu Əliyevə səs verəcəklərini söyləyib.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10

