Ağcabədililər tərəqqi və inkişafa səs verəcəklər
20.09.2013 [10:47]
Rayonun Xocavənd və Aşağı Avşar kənd sakinləri ilə görüş keçirilib
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağcabədi rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş sentyabrın 19-da rayonun Xocavənd və Aşağı Avşar kənd sakinləri ilə keçirilib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Azərbaycanın son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyini və dünyanın nüfuzlu ölkələrindən birinə çevrildiyini deyib. Ölkəmizdə aparılan quruculuq abadlıq işlərinin Ağcabədinin də inkişafına təkan verdiyini deyən Rövşən Əhmədovun sözlərinə görə, son illər Ağcabədi rayonu çox sürətlə inkişaf edərək özünün ən yüksək inkişaf dövrünü yaşayır: “Rayonda əsası qoyulan yeni istehsal sahələri, kənd təsərrüfatına göstərilən diqqət, yeni yolların salınması, ən ucqar kəndlərə qaz xətlərinin çəkilişi, parkların salınması, yeni inzibati binaların istifadəyə verilməsi son illər aparılan mühüm işlərin bir parçasıdır. Ağcabədi seçiciləri Prezident İlham Əliyevin başçılığı ilə qazanılmış uğurları təqdir edir, dövlət başçısının apardığı siyasəti dəstəkləyir və 9 oktyabrda hamı bir nəfər kimi bu siyasətin davamına - Prezident İlham Əliyevə səs verəcəklər”.
Görüşdə çıxış edən millət vəkili Tahir Rzayev də son 10 il ərzində ölkədə həyata keçirilən iqtisadi siyasət barədə danışıb və qeyd edib ki, bu siyasət respublikamızın daha da güclənməsini təmin edib. Millət vəkilinin sözlərinə görə, bu gün hər bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır.
Seçicilər qarşısında çıxış edən millət vəkili Aqil Abbas isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində aparılan siyasət barədə danışıb. Millət vəkili deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi fəal hücum diplomatiyası beynəlxalq aləmdə Ermənistanın işğalçı siyasətinin ifşa olunmasını sürətləndirir. Onun sözlərinə görə, artıq münaqişənin həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və bir sıra beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir.
Görüşdə çıxış edən kənd sakinləri Əliqulu Məmmədov, Mətanət Əliyeva, Müzəyyən Quliyeva, Hidayət Fərhadov və başqaları Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Ağcabədililər də rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon sakinləri 9 oktyabrda Prezidentimiz İlham Əliyevə səs verəcəklər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50

