Xəzər rayon ağsaqqallarının çağırışı: Dünyada tanınan siyasətçiyə səs verək!
27.09.2013 [10:14]
YAP Xəzər rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat kampaniyası ilə bağlı rayon ağsaqqalları ilə görüş keçirdi
Dünən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı prezidenliyə namizəd cənab İlham Əliyevin təbliğat kampaniyası ilə bağlı rayonun ağsaqqalları ilə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat kampaniyası Xəzər rayonunda uğurla davam edir. “Qarşıdan gələn prezident seçkilərində YAP-ın namizədinin qələbəsi də məhz xalqın Heydər Əliyev siyasətinə inam və sədaqətinin bariz nümunəsi olacaq”, - deyən N.Əhmədov vurğulayıb ki, Azərbaycan seçiciləri prezident seçkilərində YAP-ın namizədinə səs verməklə bir daha sabitliyi, əmin-amanlığı və inkişafı dəstəklədiklərini təsdiq edəcəklər.
Milli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, ölkəmizdə dinamik inkişafa bütün sahələrdə eyni dərəcədə diqqət yetirən Prezident İlham Əliyev son 10 ildə mühüm uğurlar əldə edib. Azərbaycana artan maraq da cənab İlham Əliyevin apardığı xarici siyasətin uğuru kimi qiymətləndirilməlidir. R.Əliyev vurğulayıb ki, məhz cənab İlham Əliyevin xidmətinin nəticəsidir ki, ölkəmizdə kəndlərlə, qəsəbələrlə şəhər arasında fərq aradan qaldırılıb. Milli Məclisin deputatı bəyan edib ki, əminliklə demək olar ki, əhalinin maddi-rifah halı yaxşılaşır, kənddən şəhərə axının qarşısı alınır, Bakının kənd və qəsəbələrində mühüm layihələr həyata keçirilməkdədir. Gəlirli sahə olan turizmin inkişafına diqqət artırılır: “Xəzər rayonunun sözün əsl mənasında simasının dəyişməsi cənab İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. İnanırıq ki, qarşıdakı 5 ildə ölkəyə rəhbərlik edəcək cənab İlham Əliyev bu işlərini uğurla davam etdirəcək, kənd və qəsəbələrimiz daha abad, daha gözəl olacaq”.
AMEA-nın həqiqi üzvü, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev bildirib ki, komandası xalq olan dövlət başçısının əlavə təbliğata ehtiyacı yoxdur. Cənab İlham Əliyevin təbliğatı gördüyü əməli işi, vədinə sadiqliyidir. V.Məmmədəliyev qeyd edib ki, senyabrın 16-dan şəhər və kəndlərimizdə keçirilən görüşlərdə seçicilərin cənab İlham Əliyev haqqında söylədiyi ürəkdən gələn səmimi sözlər Onun ən inanılmış, etibarlı təbliğatıdır. Akademik əlavə etdi ki, xalqımızın siyasi fəallığının belə yüksək səviyyədə olduğunu görəndə əlavə söz deməyə ehtiyac duymursan. Çünki ötən 5 ildə ölkədə aparılan priotitet inkişafı gündəlik həyatında hiss edən xalq seçimini müəyyənləşdirib. Cənab İlham Əliyev qələbəsini həyata keçirdiyi önəmli tədbirləri, apardığı islahatları, qəbul etdikləri Dövlət proqramlarını reallaşdırmaqla qazanıb.
Milli Məclisin deputatı, respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov tədbirdə çıxış edərək əsası Ulu öndər tərəfindən qoyulmuş və bu gün uğurla davam etdirilən siyasi kursdan söhbət açıb. F.Heydərov qeyd edib ki, son illər Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişafı təmin edilib: “Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində istənilən sahədə, iqtisadi və sosial məsələlərin həllində gözəl nailiyyətlərimiz var”.
Fəttah Heydərov bildirib ki, cənab İlham Əliyev fenomeni hər şeydən əvvəl Heydər Əliyev siyasətinin yeni tarixi şəraitdə davam etdirilməsi zərurətindən irəli gəlmiş ictimai hadisə sayılmalıdır. F.Heydərov onu da əlavə edib ki, İlham Əliyev fenomeninin çox önəmli xüsusiyyəti əzəmətli, miqyaslı düşüncə və fəaliyyətində ifadə olunur. Ötən 10 il ərzində ölkənin məlum nailiyyətləri məhz bu əzəmətin təcəssümüdür. 2003-cü ilin prezident seçkilərindən başlayaraq cənab İlham Əliyev həmişə öz proqramında əzəmətli vəzifələr irəli sürüb və sevindirici haldır ki, onların hamısı uğurla yerinə yetirilib. Əzəmətli proqramlar qəbul etmək Onun idarəçilik üsulunun tərkib hissəsi kimi də qiymətləndirilə bilər. “Bəli, qarşımızda böyük hədəflər durur. Bu, Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu böyük yolun davamıdır. Yalnız böyük millət özünə böyük hədəflər seçə bilər. Bir də xalqına sədaqətlə xidmət etməyi həyatının mənası sayan rəhbəri olan xalq qarşısına böyük hədəflər qoya bilər. XXI əsrin ilk illərindən Azərbaycan özünə böyük hədəflər seçib. Çünki öz böyüklüyünü dərk edir, rəhbərinə inanır və Onunla birgə addımlayır. Çünki siyasətinin məqsədini zəngin və qüdrətli Azərbaycanın qurulmasında görən cənab İlham Əliyev, xalqına yaxşı Prezident olmağa söz verib və verdiyi vədini layiqincə yerinə yetirir”.
Çıxışının sonunda respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Xəzər rayon ağsaqqallarını 9 oktyabr seçkilərində Ulu öndər Heydər Əliyev siyasətinə səs verməyə çağırıb.
Tədbirdə Xəzər rayon seçiciləri cənab İlham Əliyevin rəhbərliyi altında keçdiyi böyük və zəngin inkişaf yolundan bəhs edərək, həyata keçirilən daxili və xarici siyasətin ölkəni xoşbəxt gələcəyə apardığına tam əminliklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

