Suverenlik dövlətçiliyimizin əsas amilidir
18.09.2025 [21:36]
Xalqımızın əsrlər boyu ən böyük arzusu müstəqil, suveren dövlətdə yaşamaq olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, işğala, məhrumiyyətlərə, çətinliklərə baxmayaraq xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilsə də 1991-1993-cü illərdə o zamankı hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, özbaşlalığa, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir dövlətin qurulmasına və xalqımızın müstəqillik arzusunun reallaşmasına nail olundu. Məhz Ulu Öndərin yorulmaz əməyi sayəsində Azərbaycan dünya ölkələrinin strateji tərəfdaşına çevrildi və dünyanın dinamik inkişaf edən ölkələri sırasına daxil oldu. Bugünkü mövcud reallıqlar bir daha sübut edir ki, əldə edilən uğurlar məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi yolunda misilsiz xidmətlərinin məntiqi nəticəsidir.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu isə işğal altında olan Azərbaycan torpaqlarının azad olunması idi. 2003-cü ildən ötən dövrdə respublikamız Ulu Öndərimizin layiqli davamçısı Möhtərəm Prezidentimizin liderliyi sayəsində möhtəşəm nailiyyətlər, saysız-hesabsız uğurlar əldə etdi. Ümummilli Liderimizin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, torpaqlarımız işğaldan azad olundu, suverenliyimiz bərpa olundu, bütün ərazilərimizdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
İkinci Qarabağ müharibəsində əldə olunan tarixi zəfər və Antiterror əməliyyatları nəticəsində suverenliyimizin bərpası Azərbaycanın dünya dövlətləri arasında nüfuzunu daha da artırdı, beynəlxalq arenada əsas söz sahiblərindən birinə çevirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin strateji uzaqgörənliyi, xarici siyasətdə atdığı düzgün addımlar ölkəmizin regional güc olaraq mövqeyini daha da gücləndirdi. Bu gün Cənubi Qafqazda Azərbaycanın istəyi və razılığı olmadan heç bir addım atılmır. İndi ölkə daxilində sosial-siyasi sabitlik tam şəkildə qorunub saxlanılır, həmçinin işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı tikinti və yenidənqurma işləri davam etdirilir. Dövlət Başçısı müntəzəm olaraq bu yerlərə səfər edərək inzibati və yaşayış binalarının təməlqoyma mərasimində iştirak edir, həmçinin Qarabağ və Şərqi Zəngəzur ərazisinin yenidən dirçəldilməsi üçün qətiyyətli addımlar atır.
Ölkə Başçısı cənab İlham Əliyev 2024- cü ildə Qarabağ Universitetində görüş zamanı çıxışında da 2023-cü il antiterror əməliyyatından sonra dövlət suverenliyimiz tam bərpa olunduğunu, separatizmə son qoyulduğunu diqqətə çatdırdı. Vətən müharibəsi və antiterror əməliyyatı zamanı 90 mindən çox azərbaycanlının iştirak etdiyi, onlardan 3200-dən çox qəhrəmanın şəhadət zirvəsinə ucaldığıni qeyd etdi. Azərbaycanın vətənpərvər əsgər və zabit heyəti müharibədə əsl şücaət göstərdiyini, döyüşlərdə ancaq irəliyə gedərək düşmənə aman vermədiyini vurğuladı. Qüdrətli ordumuzun qarşısında dayana bilməyən erməni qüvvələri öz etiraflarında təkcə 12 min fərarilərinin olduğunu qəbul edirlər. Şuşa şəhərinin azad edilməsi isə dünya hərb tarixində analoqu olmayan bir qəhrəmanlıq dastanı idi. 23 saat davam edən antiterror əməliyyatı sayı 15 mindən çox erməni hərbi kontingentini tamamilə sıradan çıxarmış, onlara rəhbərlik edən qondarma liderlər isə təslimçilik aktına imza atmağa məcbur qalmışdılar.
Qürur hissi ilə söyləyirik ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlətçiliyimizin əsas amili olan suverenlik tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təntənə ilə qeyd olunacaqdır.
Rövşən Qayayev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

