Tovuzda 5 Oktyabr — Müəllimlər Günü münasibətilə tədbir keçirilib
04.10.2025 [13:04]
Tovuzda 5 Oktyabr — Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz Təhsil Sektorunun müdiri Aysel Quliyeva və partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Azərbaycan müəlliminin xalqımızın intellektual potensialının formalaşmasında, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişməsində böyük xidmətləri olduğunu qeyd edib. O vurğulayıb ki, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında müəllimlərin fədakar əməyi dayanır.
Sədr çıxışında həmçinin bildirib ki, bütün bu uğurların təməlində 3 oktyabr 1993-cü il Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dayanır. Məhz həmin tarixdən sonra ölkədə sabitlik bərqərar olmuş, inkişafın yeni mərhələsinə qədəm qoyulmuş, təhsil sahəsi də dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Nihad Pənahov çıxışında qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin inkişafı istiqamətində qarşıya qoyulan hədəflər ardıcıl və uğurla həyata keçirilir. Qəbul olunmuş dövlət proqramları və islahatlar nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmlənmiş, məktəblərdə əsaslı təmir işləri aparılmış, müasir tipli yeni təhsil ocaqları istifadəyə verilmişdir. O, həmçinin bu işlərdə birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun müstəsna xidmətlərini xüsusi olaraq vurğulayıb.
Daha sonra çıxış edən Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz Təhsil Sektorunun müdiri Aysel Quliyeva təhsil sahəsində aparılan islahatlardan və əldə olunan nəticələrdən danışıb. O, ümummilli lider Heydər Əliyevin “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram” kəlamını xatırladaraq bildirib ki, Ulu Öndər müəllim əməyini həmişə yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb və təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atıb.
Partiya fəalları çıxışlarda onlara göstərilən diqqətə və deyilən xoş sözlərə görə minnətdarlıqlarını bildirərək, bundan sonra da partiyanın fəaliyyətində daha böyük məsuliyyətlə iştirak edəcəklərini qeyd ediblər.
Tədbirin sonunda uzun müddət direktor vəzifəsində çalışaraq təqaüd yaşına çatmış, həmçinin yubiley yaşını qeyd edən müəllimlər hədiyyə və “Fəxri Fərman”larla təltif olunublar. Bununla yanaşı, partiya həyatında fəallığı ilə seçilən müəllimlərlə görüş keçirilmiş, onlara da təşəkkürnamələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

