4 Oktyabr - Cəbrayıl Şəhər Günü: Tarixi qayıdış və yenidənqurma
04.10.2025 [22:10]
Bu gün Cəbrayılın və cəbrayıllıların həyatında ən əlamətdar sevincli gündür. 44 günlük Vətən müharibəsinin ilk günlərində oktyabrın 4-də 30 illik işğal həsrətinə son qoyulmaqla Cəbrayılın həyatında yeni qürurverici həyat başladı.
5 il əvvəl bu gün şanlı Azərbaycan ordusu Muzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Cəbrayılda üçrəngli Azərbaycan bayrağı dalğalandırdı,Xudafərinin köksündəki Vətən həsrəti bitdi.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə bu gün Cəbrayıl Şəhəri günü kimi qeyd edilir. Bu Günün təsis edilməsi Xalqımızın milli müstəqillik və suverenliyi uğrunda sarsılmaz mübarizəsinin və yenilməz iradəsinin, qələbə əzminin ən şərəfli səhifəsidir. Çünki Cəbrayıl 2020-ci ildə azad edilən ilk şəhər oldu. Qələbə xəbəri xalqımızın ruhunu qaldırdı, dövlət-xalq birliyini daha da möhkəmləndirdi. Həmin gün qazanılan zəfər 44 günlük müharibənin taleyini dəyişdi.
Cəbrayıl Şəhər Günü Zəfər salnaməsinin, Ümummilli Ləyaqət Simvolumuzun rəmzlərindən biridir. Bu gün təkcə Cəbrayılın deyil, Qarabağın, Şərqi-Zəngəzurun, ərazi bütövlüyü son 200 ildə tam təmin edilmiş Azərbaycanın Qələbə bayramıdır. Möhtərəm İlham Əliyevin də bildirdiyi kimi biz çox xoşbəxt günlərimizi yaşayırıq və buna layiq Xalqıq.
İşğal illərində Cəbrayılın tarixi-mədəni abidələri dağıdıldı. Sultan Məcid hamamı, Qız qalası, Divlər sarayı mağarası, Xudafərin körpüləri və yüzlərlə digər abidə erməni vandalizminə məruz qaldı. Bu gün isə onların bərpası istiqamətində işlər aparılır.
Artıq Cəbrayıl tamamilə yenidən qurulur, Cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın iştirakı ilə yeni qəsəbə və kəndlərin, yaşayış binalarının təməlləri qoyulub, məktəb, xəstəxana, sosial obyektlər inşa olunur, həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Böyük Qayıdış proqramı çərçivəsində yüzlərlə ailə artıq Cəbrayıla köçürülüb. Şəhərin 2040-cı ilə qədər inkişaf planı hazırlanıb və mərhələli şəkildə həyata keçirilir. Cəbrayıl rayonu əvvəlkindən daha görkəmli, müasir və cazibədar cənnət məkana çevrilir.Cəbrayıllılar 30 il həsrətində olduqları doğma evlərinə qayıtmağın qürur və sevincini yaşayırlar.
Cəbrayıl Şəhəri Gününün qeyd olunması hər bir azərbaycanlı üçün həm qürur, həm də məsuliyyətdir. Bu gün xalqımızın qəhrəmanlığını, şəhidlərin fədakarlığını xatırladır və gələcək nəsillərə vətən sevgisini aşılayır.
Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində canını fəda etmiş əziz şəhidlərimizə Allahdan rəhmət diləyir, öz sağlamlığını itirmiş qazilərimizə şəfa diləyir, bütün əsgər və zabitlərimizə dərindən minnətdarlığımızı bildiririk.
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

