/ / Tərəqqi Partiyası və ATA bloku cənab İlham Əliyevin namizədliyini dəstəkləmək haqqında qərar qəbul edib
Tərəqqi Partiyası və ATA bloku cənab İlham Əliyevin namizədliyini dəstəkləmək haqqında qərar qəbul edib
06.10.2013 [15:52]
Çingiz Dəmiroğlu: Bizə “ərəb baharı”, dağıntılar, Vətənimizin xaricilərin tapdağı altında qalması deyil, milli birlik, inkişaf, tərəqqi, sabitlik və qüdrətli Azərbaycan lazımdır
Məlum olduğu kimi, bir neçə gündən sonra ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə 10 namizəd mübarizə aparsa da, bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qalib gələcəyi kimsədə şübhə doğurmur. Daha doğrusu, istər cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən siyasət, istərsə də seçkiöncəsi bəzi qeyri-hökumət təşkilatlarının, gənclər təşkilatlarının, müxtəlif yaradıcılıq birliklərinin, həmçinin, siyasi partiya və blokların Yeni Azərbaycan Partiyasının namizədinin müdafiəsinə dair qəbul etdiyi qərarlar belə deməyə əsas verir.
Yeri gəlmişkən, Tərəqqi Partiyası və ATA bloku da YAP-ın namizədi, dövlət başçısı İlham Əliyevi dəstəkləmək haqqında qərar qəbul edib. Bu barədə qəzetimizə açıqlama verən Tərəqqi Partiyasının və ATA blokunun sədri Çingiz Dəmiroğlu deyib ki, cənab İlham Əliyevin namizədliyini dəstəkləmək haqqında qərar yekdilliklə qəbul olunub: “Biz 2008-ci ildə keçirilən prezident seçkilərində də İlham Əliyevi dəstəkləmək haqqında qərar qəbul etdik və konkret fəaliyyətə keçdik. Belə ki, ölkənin bütün regionlarında bukletlərimiz paylandı və cənab İlham Əliyevin təbliğatı istiqamətində üzərimizə düşən işin öhdəsindən layiqincə gəldik. Bu dəfə də qərara gəldik ki, 2013-ci il prezident seçkilərində yenidən cənab İlham Əliyevə dəstək verək”.
Çingiz Dəmiroğlunun sözlərinə görə, əslində, bu qərarın qəbul edilməsinin səbəbi də bəllidir: “Çünki bizə “ərəb baharı”, dağıntılar, Vətənimizin xaricilərin tapdağı altında qalması lazım deyil. Bizə milli birlik, inkişaf, tərəqqi, sabitlik və qüdrətli Azərbaycan lazımdır. Və təbii ki, bunu da təmin edən şəxs cənab İlham Əliyevdir. Ona görə də, istər Tərəqqi Partiyası, istərsə də ATA bloku olaraq bu qərarı qəbul etdik”.
“Məndən ötrü vacib olan millətin, dövlətin marağıdır. Yəni, biz bəziləri kimi vəzifə naminə milli maraqlarımızı qurban vermək niyyətində deyilik. Biz əminik ki, cənab İlham Əliyevin növbəti 5 il üçün də ölkə rəhbəri seçilməsi ilə Azərbaycan daha da güclənməklə yanaşı, başlıca problemimiz olan Dağlıq Qarabağ problemi birdəfəlik həll ediləcək. Təbii ki, bizlər, ölkənin sağlı-sollu bütün cəbhələrindən olan partiyaları öz ətrafında birləşdirən ATA bloku və rəhbərlik etdiyim Tərəqqi Partiyası olaraq bu işdə dövlət başçısına yardımçı olacağıq. Şəxsən mən bu istiqamtdə üzərimə düşən işin öhdəsindən gəlmək üçün bütün fədakarlığa hazıram” - deyə partiya sədri əlavə edib.
Son olaraq bütün qüvvələri milli birliyə çağıran Cingiz Dəmiroğlu “ölkəmizin gələcək inkişafı yalnız milli birlikdən keçir. Bu milli birlik naminə hər kəsi cənab İlham Əliyevə səs verməyə çağırırıq”, deyib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

