Prezidentin Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələri
19.11.2025 [20:36]
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama hər səfəri şəhərin taleyində yeni bir dönüş nöqtəsi kimi yadda qalır. Bu səfərlər yalnız baxış və qiymətləndirmə məqsədi daşımır, həm də bölgənin gələcək inkişaf xəritəsinin müəyyənləşməsinə xidmət edir. Prezidentin Ağdama gəlişi, dağıdılmış şəhərin yenidən qurulması iradəsinin yüksək səviyyədə təsdiqi olmaqla yanaşı, bütün xalq üçün böyük motivasiya mənbəyinə çevrilir. Ağdamın bərpası istiqamətində həyata keçirilən infrastruktur layihələri şəhərin gələcək simasını formalaşdıran mühüm elementlərdir. Elektrik təchizatı xətlərindən su sistemlərinə, nəqliyyat yollarından yaşayış məhəllələrinə qədər hər bir layihə müasir planlaşdırma prinsiplərinə əsaslanır. Bu proses yalnız fiziki quruculuğu deyil, bölgənin sosial-iqtisadi dirçəlişini də təmin edən genişmiqyaslı yenidənqurma modelini əhatə edir.
Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü kimi qeyd olunur. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi. Elə o vaxtdan digər azad edilmiş məkanlarda olduğu kimi, Ağdamda da abadlıq-quruculuq işlərinə başlanıldı. Bəli, otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş və beynəlxalq ictimaiyyətin “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırdığı Ağdam yenidən qurulur. Artıq qısa zaman kəsiyində burada bir çox önəmli infrastruktur obyektləri istifadəyə verilməklə yanaşı, Xaçınçay su anbarı, həmçinin Ağdam-Bərdə yolu yenidən qurulub, Ağdam məscidi, “İmarət” Kompleksi bərpa edilib. Dəmiryol Vağzalının, Avtovağzalın və digər obyektlərin açılışları keçirilib. Dünyanın ən böyük Muğam Mərkəzi, Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkı olan Ağdam Sənaye Parkı fəaliyyətə başlayıb.
Bu gün Ağdamdakı quruculuq işləri çox böyük sürətlə aparılır. Ölkə Başçısı İlham Əliyevin 2025-ci ildə Ağdam rayonuna 5 səfəri bu işlərə xüsusi təkan verib. Bu il rayonda Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin birinci mərhələsinin, Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş inzibati binanın, klub-icma mərkəzinin, Kəngərli kənd tam orta məktəbinin binasının, kənd körpələr evi-uşaq bağçasının, Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin, Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışları şeçirilib və Prezident İlham Əliyev bu tədbirlərdə iştirak edib.
Artıq Ağdam beynəlxalq tədbirlərə də ev sahibliyi edir. Şübhəsiz, bu proseslərdə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xidmətləri ölçüyə gəlməzdir. Təkcə bir faktı qeyd edək ki, dövlətimizin başçısının son 5 ildə bu məkana səfərlərinin sayı 20-yə yaxındır. Hər səfər də onlarla obyektin bünövrəsinin qoyulması və istismara verilməsi ilə yadda qalıb. Bəli, Ağdam məhz Müzəffər Ali Baş Komandanın iradəsi sayəsində hər gün simasını dəyişir, gözəlləşir. Bu mənada Ağdamın hər qarışında cənab Prezident İlham Əliyevin quruculuq imzaları görünür. Burada salınan müasir infrastruktur, yaşıl enerji zonası, ağıllı şəhər modeli, ekoloji təmiz urbanizasiya prinsipləri Azərbaycanın gələcək inkişafının miniatür obrazına çevrilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Ağdam şəhərinin Baş planı yalnız memarlıq sənədi deyil, həm də milli ideologiyanın ifadəsidir. Bu plan azadlığın planıdır, milli ruhun gələcəyə daşınmasıdır. Ağdamda salınan geniş prospektlər, parklar, müasir yaşayış massivləri, sənaye parkı və “Qayıdış kəndi” layihəsi göstərir ki, Azərbaycan bu torpaqlarda keçmişin ağrılarını unutmur, amma gələcəyə ümidlə baxır.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

