Seçicilər Prezident İlham Əliyevə səs verməklə inkişafa, ölkəmizin gələcəyinə səs verdilər
26.10.2013 [12:25]
YAP Binəqədi rayon təşkilatında prezident seçkilərində fəal iştirak etmiş partiya üzvləri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında oktyabrın 9-da keçirilmiş prezident seçkiləri dövründə və seçkiyə hazırlıq prosesində fəal iştirak etmiş rayondakı partiya üzvləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov prezident seçkilərinin yüksək seçici fəallığı şəraitində keçdiyini bildirib. Onun sözlərinə görə, heç kim şübhə etmirdi ki, seçkidə məhz cənab İlham Əliyev qalib gələcək. Seçki öncəsi proseslərə toxunan rayon təşkilatının sədri bildirib ki, cənab İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləndən sonra YAP fəalları imzatoplama kampaniyasında yaxından iştirak etdi. Seçkilərdə növbəti mərhələ kimi təbliğat-təşviqat kampaniyasının keçirildiyini bildirən Ramiz Göyüşov, “Bu prosesdə də Binəqədi rayonu çox aktiv şəkildə iştirak etdi və mühüm görüşlər keçirildi. Bu görüşlərdə YAP Binəqədi rayon təşkilatının seçki qərargahının üzvləri çox aktiv işlədi və buna görə də, onlara təşəkkürümü bildirirəm”, - deyib.
Çıxışında, eyni zamanda, oktyabrın 9-da Binəqədi rayonunda seçici fəallığının yüksək olduğunu bildirən natiq əlavə edib ki, təbliğat-təşviqat kampaniyası dövründə aparılan effektiv iş seçki günü öz bəhrəsini verdi: “Belə ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsi seçici aktivliyinə görə Naxçıvan Muxtar Respublikasının 1 saylı Şərur-Sədərək seçki dairəsindən sonra 80,2 faiz göstərici ilə növbəti, ən yüksək yerə sahib oldu. Bu da YAP Binəqədi rayon təşkilatının seçki qərargahının rayonda apardığı işin məntiqi nəticəsi idi”.
Daha sonra çıxış edən natiqlər prezident seçkilərində dövlət başçısı İlham Əliyevin qələbə qazanması münasibətilə hər kəsi təbrik ediblər. Qeyd olunub ki, Azərbaycan seçicisi vicdanlı seçim edərək Prezident İlham Əliyevə yenidən etimad göstərdi: “Seçicilər Prezident İlham Əliyevə səs verməklə inkişafa, ölkəmizin gələcəyinə səs verdilər”.
Sonra seçki prosesində fəal iştirak etdiklərinə görə bir qrup fəala YAP Binəqədi rayonu tərəfindən Fəxri Fərmanlar verilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59

