Azərbaycanın suverenliyinin siyasi möhürü
22.12.2025 [14:44]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixinin ən şərəfli və taleyüklü mərhələlərindən birini yaşayır. Dövlət başçısının qeyd etdiyi kimi, müstəqillik dövründə ilk dəfə olaraq prezident seçkilərinin Azərbaycanın bütün ərazilərində keçirilməsi təkcə seçki prosesi deyil, eyni zamanda dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasının rəmzi idi.
Prezident İlham Əliyevin səsvermə prosesində Xankəndidə iştirak etməsi dərin siyasi və tarixi məna daşıyır. Dövlət başçısı Azərbaycanın istənilən bölgəsində səs verə biləcəyi halda, məhz Xankəndini seçməklə bütün dünyaya açıq və birmənalı mesaj verdi: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu həqiqət artıq dönməz xarakter alıb. Bu addım illərlə aparılan prinsipial siyasətin, qətiyyətli liderliyin və milli iradənin məntiqi nəticəsi idi.
Prezidentin vurğuladığı kimi, Xankəndidə verilən səs sadəcə bir bülleten deyildi. Bu səs, Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və separatizmin tarixin zibilliyinə atıldığını təsdiqləyən siyasi akt idi. Ermənistanın və onun havadarlarının illərlə bəslədiyi separatçı xülyalar məhz həmin bülletenlə birdəfəlik puça çıxdı. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar olmaqla yanaşı, bölgədə yeni reallıqların dəyişməzliyini də nümayiş etdirdi.
Bu tarixi hadisə göstərdi ki, Prezident İlham Əliyevin apardığı siyasət yalnız hərbi qələbə ilə məhdudlaşmır. Bu siyasət siyasi, hüquqi və mənəvi qələbələrin vəhdətidir. Dövlət başçısının qətiyyəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, suveren hüquqlarını bütün ölkə ərazisində faktiki və hüquqi cəhətdən təmin etdi.
Bu gün Xankəndidə keçirilən seçkilər və Prezidentin orada səs verməsi müasir Azərbaycan tarixinin qızıl səhifələrindən biridir. Bu hadisə həm Azərbaycan xalqının iradəsinin təntənəsi, həm də güclü dövlətin güclü liderinin siyasi uzaqgörənliyinin parlaq nümunəsidir. Azərbaycanın gələcək inkişaf yolu artıq möhkəm təməl üzərində qurulub və bu yolun memarı Prezident İlham Əliyevdir.
Eyni zamanda cənab İlham Əliyevin 22 illik fəaliyyəti Azərbaycan xalqının milli maraqlarının tam təmin olunmasına hesablanmış qazanılmış siyasi uğurdur. Bu da onu göstərir ki, prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısıdır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

