Dünya azərbaycanlıları vahid milli ideologiya ətrafında sıx birləşiblər
28.12.2025 [15:55]
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi
1989-cu il dekabr ayının sonunda Naxçıvan Muxtar Respublikasında SSRİ-İran sərhədlərinin dağılması zamanı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası qoyulur. Bundan öncə 1989-cu il noyabr ayında keçirilən məclisdə xalqın iradəsi ilə Cənubi və Şimali Azərbaycan arasındakı sərhədlər götürülərək, mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar verilir. O vaxtlar SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna maneçilik törətməyə çalışsa da, heç bir vəchlə öz istəyinə nail ola bilmir, Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi “Sərhəd hərəkatı” adlı siyasi aksiyalar keçirdərək, öz istəyinə nail olur. Elə həmin ilin – 1989-cu il dekabr ayının 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilir. 1990-cı il dekabr ayının 31-i Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü böyük təmtəraqla qeyd edilir.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edir. Bununla əlaqədar Naxçıvan MR Ali Məclisi 6 bəndlik qərar da qəbul edir. Dünya azərbaycanlıları arasında birlik və həmrəylik yaratmaq məqsədilə təşkil edilmiş bu bayram mühüm əhəmiyyət kəsb edir. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hazırda dünyanın 70-dən çox ölkəsində vətəndaşlarımız tərəfindən qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin siyasətinin başlıca prinsiplərindən biri azərbaycanlıların birlik və həmrəyliklərini qoruyub-saxlamaq idi. Bununla bağlı çıxışlarından birində özü də bu məsələyə toxunaraq qeyd edir ki: “Əziz Azərbaycanlılar. Harda olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən!”.
Ümummilli Lider Heydər Əliyev 23 may 2001-ci il tarixli Sərəncam imzalayaraq, 2001-ci il noyabrın 9-10-da ilk dəfə olaraq Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının təşkil edilməsinə nail olur. Ulu Öndər Heydər Əliyev həmin Qurultayda dünya azərbaycanlılarının milli birlik və həmrəyliklərinin təmin edilməsi ilə bağlı çıxış edərək fikrini bildirir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Ümummilli Liderin səsləndirdiyi həmin fikir bu gün də bütün azərbaycanlıların qürurla xatırladığı milli kəlama çevrilib.
Dünya azərbaycanlılarının birinci Qurultayında çıxış edən Ümummilli Lider Heydər Əliyev xalqına, millətinə olan sevgisini ifadə etmək üçün fikrini bu cümlələrlə tamamlayır: “Müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasət sahələrində fəaliyyəti, əldə etdiyi uğurlar bütün dünya azərbaycanlılarının milli şüurunu, özünüdərkini, ana torpağı Azərbaycana bağlılığını günü-gündən möhkəmləndirir. Azərbaycan icmallarının ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətləri, klub və dərnəkləri soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinə məqsədyönlü xarakter verilməsi yolunda faydalı iş aparır, məskunlaşdıqları ölkələrdə Azərbaycanı daha tanıtmaq üçün müxtəlif tədbirlər görür”.
Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarına etdiyi bu çağırış qısa zamanda öz bəhrəsini verərək, bütün dünyada həmin günün azərbaycanlılar tərəfindən Həmrəylik günü kimi qeyd edilməsi ilə nəticələnir. Heydər Əliyevin həmin çağırışı özündə etnik-mədəni rəngarəngliyi, dövlətin gələcək taleyini, həmçinin Azərbaycanın coğrafi gerçəkliklərini əks etdirir.
Ümummilli Lider Heydər Əliyevin güclü siyasətini layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların problemləri ilə maraqlanır, ayrı-ayrı ölkələrə xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onların problemləri ilə, onları narahat edən məsələlərlə maraqlanaraq, maraqla fikir mübadiləsi aparır.
Prezident İlham Əliyevin müxtəlif illərdə imzaladığı müvafiq sərəncamlara əsasən, 2006-cı il 16 martda Dünya Azərbaycanlılarının II, 2011-ci il 5-6- iyulda III, 2016-cı il 3-4 iyun tarixlərində isə IV Qurultay təşkil edilmişdir. Hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə dövlət başçısı İlham Əliyev xalqa müraciətində dünyada və ölkədə baş verən hadisələrə münasibət bildirir.
Prezident İlham Əliyev 2025-ci il yanvarın 1-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə çıxışında qeyd edib: “2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Yanvar 10:14
Analitik
16 Yanvar 09:55
İqtisadiyyat
16 Yanvar 09:30
Dünya
16 Yanvar 09:11
Analitik
16 Yanvar 08:51
MEDİA
16 Yanvar 08:34
Gündəm
16 Yanvar 08:10
Dünya
15 Yanvar 23:19
Hadisə
15 Yanvar 22:50
YAP xəbərləri
15 Yanvar 22:32
Dünya
15 Yanvar 22:16
Dünya
15 Yanvar 21:57
Sosial
15 Yanvar 21:34
YAP xəbərləri
15 Yanvar 21:23
YAP xəbərləri
15 Yanvar 21:18
Mədəniyyət
15 Yanvar 20:49
YAP xəbərləri
15 Yanvar 20:35
Dünya
15 Yanvar 20:13
İdman
15 Yanvar 19:58
YAP xəbərləri
15 Yanvar 19:45
Dünya
15 Yanvar 19:30
YAP xəbərləri
15 Yanvar 19:11
YAP xəbərləri
15 Yanvar 18:36
Dünya
15 Yanvar 16:45
Xəbər lenti
15 Yanvar 16:34
İqtisadiyyat
15 Yanvar 16:32
Hadisə
15 Yanvar 16:21
YAP xəbərləri
15 Yanvar 16:18
Sosial
15 Yanvar 15:39
YAP xəbərləri
15 Yanvar 15:31
Hadisə
15 Yanvar 15:29
Elm
15 Yanvar 15:26
İqtisadiyyat
15 Yanvar 15:24
Siyasət
15 Yanvar 15:23
Sosial
15 Yanvar 15:22
Siyasət
15 Yanvar 15:21
İqtisadiyyat
15 Yanvar 15:20
Sosial
15 Yanvar 15:07
Siyasət
15 Yanvar 15:03
YAP xəbərləri
15 Yanvar 14:49
Sosial
15 Yanvar 14:40
Sosial
15 Yanvar 14:36
YAP xəbərləri
15 Yanvar 14:34
Dünya
15 Yanvar 14:31
Sosial
15 Yanvar 14:28
Sosial
15 Yanvar 14:02
Dünya
15 Yanvar 13:54
Gündəm
15 Yanvar 13:21
Dünya
15 Yanvar 13:20
Dünya
15 Yanvar 12:47
YAP xəbərləri
15 Yanvar 12:38
İqtisadiyyat
15 Yanvar 12:25
Sosial
15 Yanvar 12:25
İqtisadiyyat
15 Yanvar 12:18
Hadisə
15 Yanvar 12:16
İqtisadiyyat
15 Yanvar 12:15
Hərbi
15 Yanvar 11:53
Dünya
15 Yanvar 11:48
Dünya
15 Yanvar 11:48
Sosial
15 Yanvar 11:47
YAP xəbərləri
15 Yanvar 11:40
Sosial
15 Yanvar 11:28
İqtisadiyyat
15 Yanvar 11:13
Siyasət
15 Yanvar 10:58
YAP xəbərləri
15 Yanvar 10:49
İqtisadiyyat
15 Yanvar 10:45
İqtisadiyyat
15 Yanvar 10:36
Analitik
15 Yanvar 10:12
Siyasət
15 Yanvar 09:55
Analitik
15 Yanvar 09:33

