Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır
07.01.2026 [13:12]
05 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı. Dövlət başçısı bu müsahibədə ötən ilin yekunlarını, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri, mövcud regional reallıqları və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas prioritetləri ətraflı şəkildə şərh etdi.
Ölkəmizin balanslaşdırılmış daxili və xarici siyasəti, möhkəm iqtisadi təməli, enerji sektorunda etibarlı tərəfdaş kimi formalaşmış imici onun qlobal miqyasda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusən Avropanın enerji təminatında ölkəmizin tutduğu mühüm yer dövlətimizin strateji mövqeyini bir daha ön plana çıxarır. Qeyd etmək lazımdır ki, əldə olunan nailiyyətlər ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin əsasını Prezident İlham Əliyevin praqmatik yanaşması və uzaq perspektivləri nəzərə alan idarəçilik modeli təşkil edir. Məhz bu yanaşma ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmlənməsinə imkan yaradır.
Azərbaycan-ABŞ münasibətlərinə də diqqət yetirən dövlət başçısı Bayden-Blinken administrasiyasının fəaliyyəti dövründə ikitərəfli əlaqələrin ciddi zərər gördüyünü, 2025-ci ilin Azərbaycan-Amerika münasibətləri baxımından dönüş nöqtəsi olduğunu vurğuladı. Tramp administrasiyasının hakimiyyəti dövründə isə ABŞ-la münasibətlərin normallaşdırılması üçün əlverişli siyasi mühit formalaşmış, xüsusilə də 907-ci düzəlişin ləğvi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb etmişdir. Ermənistan-Azərbaycan müharibəsinin faktiki olaraq sona çatması həmin dövrdə baş verən əsas geosiyasi proseslərdən biri kimi tarixə həkk olundu. Bununla yanaşı Prezident Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi xüsusi önəm daşıyan hadisə kimi yadda qaldı. Təxminən 30 il əvvəl yaradılmış bu təşkilatın tarixində ilk dəfə yeni üzv qəbul edilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun və çoxtərəfli diplomatiyada qazandığı etimadın bariz nümunəsidir.
Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə, onların liderlərinin Azərbaycana çoxsaylı səfərləri, Prezidentimizin beynəlxalq tədbirlərdə iştirakı, qlobal çağırışların yerinə yetirilməsində Azərbaycanın mövqeyinə xüsusi önəmin verilməsi və sair kimi məqamlar da xarici siyasətimizin uğurları sırasındadır. Ötən il Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü, Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, Xankəndidə Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu və sair kimi beynəlxalq tədbirlər keçirildi. Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən biridir. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə Görüşünün keçirilməsinin təşəbbüsçüsü də Azərbaycan Prezidenti İlham Əliyevdir. Həmin təşəbbüsə uyğun olaraq ötən il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirildi.
Ölkə Prezidenti müsahibədə həmçinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində aparılan quruculuq işlərinə toxunaraq vurğuladı ki, həyata keçiriləcək layihələr bölgələri iqtisadi baxımdan birləşdirəcək.
Müsahibənin ümumi ruhu göstərir ki, Azərbaycan artıq post-münaqişə dövrünü “adaptasiya mərhələsi” kimi deyil, uzunmüddətli sabit inkişaf mərhələsi kimi qəbul edir.
Ölkə başçısı ölkə daxilində reallaşdırılan layihələrdən və Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi uğurlardan bəhs edərək bu nailiyyətlərin məqsədyönlü və ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu qeyd etdi.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

