20 Yanvar milli kimliyin formalaşması və ayağa qalxan millətin azadlıq yoludur
19.01.2026 [17:17]
Bəzən tarix elə bir an yaşayır ki, artıq hadisələri sadəcə xatırlamaq yox, hesabat vermək vaxtı çatır. 20 Yanvar da məhz belə bir gündür. Bu tarix yaddaş üçün deyil, vicdan üçündür. Çünki o gecə Bakıda təkcə insanlar öldürülmədi, dövlətçilik düşüncəsi sınağa çəkildi, millətin şərəfi hədəfə alındı. 1990-cı ilin yanvarı sovet imperiyasının Azərbaycan xalqına verdiyi son “cavab” idi. Bu cavabın dili güllə idi, tank idi, zirehli texnika idi. Kreml siyasi arqument tapa bilmədiyindən vurub susdurmaq yolunu seçdi. Çünki imperiyalar həmişə dağılarkən zorakılığa sığınır. Bəs imperiya niyə qorxurdu? Çünki Azərbaycan artıq ayağa qalxmışdı, xalq Qarabağ məsələsində susmurdu, meydanlar dolmuşdu və millət artıq “bəsdir” demişdi. Sovet imperiyası bir həqiqəti çox yaxşı anlayırdı ki, qorxmayan xalqı idarə etmək mümkün deyil. Ona görə qərar verdilər ki, xalq qorxudulmalıdır. Bakı cəzalandırılmalıdır və azadlıq ideyası qan içində boğulmalıdır. Bu qanla yazılan plan idi və gerçəkləşməliydi. Bakının üzərinə yeridilən on minlərlə əsgər təsadüf deyildi. Ağır texnika, tanklar, xüsusi təyinatlı dəstələr “asayiş” üçün yox, xalq iradəsini sındırmaq üçün gətirilmişdi. Əməliyyata erməni mənşəli zabit və kursantların cəlb olunması isə bu qırğının sırf hərbi yox, siyasi, etnik və qisas xarakterli mahiyyət daşıdığını açıq göstərirdi. Bu, sadəcə əməliyyat deyildi, Azərbaycan xalqı ilə hesablaşma idi. Yanvarın 19-u axşamı Bakı qaranlığa qərq edildi. Telefonlar kəsildi. İnformasiya blokadası yaradıldı. Çünki imperiya həmişə əvvəl işığı söndürür, sonra vurur. Tanklar küçələrə çıxdı. Maşınlar insanların üzərinə sürüldü. Güllələr pəncərələrdən yox, ürəklərdən keçdi. Bu gecə silahlı ilə silahsız arasında fərq qoyulmadı. Bu gecə ana da vuruldu, uşaq da. Təcili yardım maşını belə hədəf oldu. Bu artıq faciə deyildi vəhşilik idi. Dövlətin öz vətəndaşına qarşı törətdiyi açıq hərbi cinayət idi. Ən ağır zərbə isə güllədən yox, xəyanətdən gəldi. Fövqəladə vəziyyət elan edilməmişdi. İnsanlar bilmirdi ki, onların yaşamaq hüququ gecə yarısı ləğv olunub. Beynəlxalq hüquq ayaqlar altına atıldı. Dövlət öz vətəndaşını xəbərdar etmədən güllələdi. Bu, təkcə hüquqi cinayət deyil, siyasi və mənəvi iflas idi. Bu qırğının müəllifləri vardı. Onların adları, vəzifələri bəlli idi. Yazov, .Bakatin, Babkov. Bu adlar tarixdə utanc siyahısıdır. Çünki bir xalqın üstünə tank sürmək heç vaxt unudulmur, heç vaxt bağışlanmır. 147 şəhid, yüzlərlə yaralı, minlərlə sarsılmış talelər. Bu rəqəmlər statistika deyil hərəsi bir yarımçıq həyatdır.20 Yanvar gecəsi sovet ordusu Bakıya girdi.
Amma o gecə sovet hakimiyyəti Azərbaycanın qəlbindən çıxdı. Xalq qorxmadı. Əksinə, daha da bərkiyib birləşdi. Partiya biletləri atıldı. Sovet ideologiyası mənəvi cəhətdən çökdü. Çünki bir hakimiyyət xalqını güllələyirsə, artıq hakimiyyət yox, işğalçı rejimdir. Faciə hamını sınağa çəkdi. Kim həqiqətən millətin yanında idi, kim qanı tribunaya çevirib sonra susdu-hər şey üzə çıxdı. Hakimiyyətə gəldikdən sonra 20 Yanvara siyasi qiymət verməyənlər xalqın yaddaşından silindi. 20 Yanvar yalanı sevmir, maskanı cırır və səmimiyyəti tələb edir. Hamı susduğu vaxtda bir dahi danışdı. Moskvada, təhlükə içində və tək. Ulu Öndər Heydər Əliyev dedi: “Bu, cinayətdir. Bu, Moskvanın günahıdır. Bu, Azərbaycan xalqına qarşı törədilmiş zorakılıqdır”. Bu sözlər sadəcə bəyanat deyildi. Bu xalqın tapdalanmış haqqının siyasi ifadəsi, tarixi dönüş nöqtəsi idi. Ulu Öndər Heydər Əliyev 20 Yanvarı susqunluqdan çıxarıb milli yaddaşa və siyasi mübarizəyə çevirdi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə 20 Yanvar sükutdan xilas oldu. Faciəyə siyasi-hüquqi qiymət verildi. Şəhid adı ucaldıldı. Tarix susdurulmadı.
Bu, qanın üzərindən xətt çəkmək yox, qanı dövlət yaddaşına çevirmək idi. Bu, müstəqil Azərbaycanın mənəvi təməl daşlarından biri oldu. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi bu xətti ardıcıl və prinsipial şəkildə davam etdirir. Şəhid ailələri dövlət qayğısı altındadır. Sosial təminat, memorial komplekslər, Şəhidlər xiyabanına göstərilən diqqət-bunlar təsadüfi addımlar deyil, dövlətin öz tarixinə sədaqətinin ifadəsidir. Hər il bir dəqiqəlik sükut təkcə hüzn yox, dövlət və millət arasında mənəvi müqavilədir. Bəli, o gecə insanlar öldü. Amma bir millət dirildi. Bəli, qan axdı. Amma müstəqillik doğuldu. 20 Yanvar bizə bir həqiqəti miras qoydu. Bu xalq azadlığını güllə ilə qorxudub əlindən almaq mümkün deyil. 20 Yanvar həm də ağrı ilə yoğrulmuş şərəfdir. 20 Yanvar susmayan siyasi yaddaşdır. Ən əsası müstəqil Azərbaycanın qanla yazılmış, Heydər Əliyevin iradəsi və İlham Əliyevin dövlət siyasəti ilə qorunan başlanğıcıdır. 20 Yanvar bir son deyildi bir başlanğıc idi. Tarix sübut etdi ki, anla yazılan azadlıq yarımçıq qalmır. 1990-cı ilin yanvarında sovet tankları Bakıya girəndə imperiya zənn edirdi ki, Azərbaycanı diz çökdürür. Amma bilmirdilər ki, o gecə diz çökən imperiyanın özü idi. Çünki 20 Yanvar milli mübarizənin ideoloji təməlini qoydu. O gecə xalq öyrəndi ki, azadlıq dilənilmir, azadlıq qorxuyla boğulmur, azadlıq qurbanla qazanılır. Ulu Öndər Heydər Əliyevin siyasi xətti bu həqiqəti dövlət fəlsəfəsinə çevirdi. Milli yaddaş bərpa olundu, ordunun əsası qoyuldu və dövlətçilik möhkəmləndi. İllər sonra bu yolun zirvəsində cənab Prezident İlham Əliyev.bir lider dayandı. 44 günlük Vətən müharibəsində Qarabağda dalğalanan bayraq 20 Yanvarın davamı idi. Şuşada səslənən “Qarabağ Azərbaycandır!” hayqırtısı 1990-cı ilin Bakısında boğulan səsin qayıdışı idi. Əgər 20 Yanvar xalqın güllə qarşısında sınmayan iradəsi idisə,
Qarabağ Zəfəri o iradənin silaha, strategiyaya və qələbəyə çevrilmiş forması idi. Bu gün azad Qarabağda dalğalanan bayraq 20 Yanvar şəhidlərinin, eləcə də bütün şəhidlərimizin ruhuna verilən ən ali cavabdır. Deməli, 20 Yanvar müstəqilliyin ağrılı başlanğıcı, Qarabağ Zəfəri isə o müstəqilliyin qürurlu möhürüdür. Bu xalq bir daha sübut etdi ki, qanla başlayan azadlıq, Zəfərlə tamamlanır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

