YAP müstəqilliyimizin qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb
21.11.2013 [09:48]
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin təşkilatın inzibati binasındakı büstü önünə gül dəstələri düzüblər.
Akt zalında işini davam etdirən tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır: “Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi və demokratiyanın bərqərar olmasında mühüm rol oynayıb”.
Təşkilat sədri bildirib ki, Yeni Azərbaycan Partiyasında Ulu öndər Heydər Əliyevin missiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “2013-cü ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində İlham Əliyevin növbəti parlaq qələbəsi həm də YAP-ın zəfəridir”.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın şərəfli mübarizə tarixindən, Ümummilli lider Heydər Əliyevin doğma xalqı qarşısında misilsiz xidmətlərindən, partiya sıralarında qadınların səmərəli fəaliyyətindən danışıb.
Mübariz Qurbanlı bildirib ki, bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır: “Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib”.
İcra katibinin müavini diqqətə çatdırıb ki, bu gün ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası öz sıralarında 600 mindən artıq üzvü birləşdirir: “Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan inamın ifadəsidir”.
Nizami rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının xidmətlərindən ətraflı bəhs edərək deyib ki, YAP-ın hakim partiya olduğu illərdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş verib: “Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunub. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır, onun beynəlxalq aləmdə yeri və nüfuzu da getdikcə artır”.
Veteran YAP-çı Edelman Məmmədov vurğulayıb ki, YAP Azərbaycan tarixinin kəşməkeşli günlərində xalqımızın ağır sınaqlara məruz qaldığı bir dövrdə-1992-ci il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb: “Dünənin, bu günün və gələcəyin partiyası olan YAP ötən 21 ildə çətin və şərəfli yol keçib, Azərbaycanı bir çox bəlalardan xilas edib, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində mühüm rol oynayıb”.
YAP Nizami rayon təşkilatının Gənclər Birliyi İdarə Heyətinin üzvü Asim Qədirov Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ölkə gənclərinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, bildirib ki, YAP milli siyasi məkanda yeganə qüvvədir ki, burada gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait yaradılır.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş partiya üzvlərinə vəsiqələr, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvünə Fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19

