Xocalı şəhidlərini hörmət və ehtiramla yad edirik
25.02.2026 [11:14]
26 fevral tarixi Azərbaycan xalqının yaddaşında ən ağrılı və faciəli günlərdən biri kimi qalmışdır. Bu tarix 1992-ci ildə baş vermiş Xocalı soyqırımının ildönümüdür.
Həmin gecə Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədilmiş, yüzlərlə günahsız insan yalnız azərbaycanlı olduqları üçün qətlə yetirilmişdir. Xocalı faciəsi təkcə bir şəhərin deyil, bütöv bir xalqın yaddaşına həkk olunmuş qanlı tarixdir.
1990-cı illərin əvvəllərində Ermənistan–Azərbaycan münaqişəsi fonunda Qarabağ bölgəsində gərginlik getdikcə artırdı. Strateji mövqedə yerləşən Xocalı şəhəri həm hava limanına malik olması, həm də regiondakı yolların kəsişməsində yerləşməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. 1992-ci ilin fevral ayına qədər şəhər artıq mühasirəyə alınmış, elektrik, ərzaq və digər zəruri təminatlar kəsilmişdi.
1992-ci ilin 25-dən 26-na keçən gecəsi Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum edildi. Şəhər ağır artilleriya atəşinə tutuldu, evlər yandırıldı, insanlar təşviş içində şəhəri tərk etməyə çalışdı. Lakin qaçmağa çalışan dinc sakinlərə belə aman verilmədi. Qar örtüyü ilə örtülmüş ərazilərdə qadın, uşaq və qocalar xüsusi amansızlıqla qətlə yetirildi.
Rəsmi məlumatlara görə, 613 nəfər öldürüldü, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi, yüzlərlə uşaq valideynlərindən birini və ya hər ikisini itirdi. 1000-dən artıq insan yaralandı, 1200-dən çox sakin əsir götürüldü, bir çoxunun taleyi isə uzun müddət naməlum qaldı. Faciənin miqyası və törədilmə üsulu onu adi hərbi əməliyyatdan fərqləndirərək insanlığa qarşı cinayət səviyyəsinə yüksəldir.
Xocalı soyqırımı beynəlxalq humanitar hüququn, xüsusilə müharibə zamanı mülki əhalinin qorunmasını nəzərdə tutan konvensiyaların kobud şəkildə pozulması idi. Dinc əhalinin məqsədli şəkildə hədəf alınması, əsirlərə işgəncə verilməsi, meyitlərin təhqir olunması bu hadisənin soyqırımı aktı kimi qiymətləndirilməsinə əsas verir.
Uzun illər “Xocalıya ədalətə” gözünü və qulağını qapadanlar Azərbaycan əsgərinin Xocalıdakı ayaq səslərindən bunu duymalı oldular. Azərbaycan xalqı, Prezident, Ali Baş Komandan İlham Əliyev, Azərbaycan Ordusu Xocalının qisasını aldı, Xocalıya ədaləti bərpa etdi.
Azərbaycan Ordusunun 2020-2023-cü illərdə apardığı əməliyyatlar zamanı bir çox Xocalı cəlladı məhv edildi, ədalət öz yerini tapdı. Ən əsası, Xocalı şəhəri azad edilərək 31 illik işğaldan sonra yenidən Azərbaycana qovuşdu.
Törətdikləri qətliama görə Xocalı qatilləri 31 il sonra ədalət məhkəməsi qarşısında dayandılar. Azərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş 15 qatil erməninin əksəriyyəti ömürlük həbs olmaqla layiqli cəzalarını aldılar.
Xocalı soyqırımı Azərbaycan xalqının milli yaddaşının ayrılmaz hissəsidir. Hər il 26 fevral tarixində ölkəmizdə və xaricdə yaşayan soydaşlarımız tərəfindən faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir.
Xocalı faciəsini xatırlamaq və gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu qanlı hadisə yalnız keçmişin ağrısı deyil, həm də gələcəyə ünvanlanan çağırışdır: ədalət, sülh və insanlıq naminə bir daha belə faciələrə yol verilməməlidir.
Xocalı qurbanlarının əziz xatirəsi daim yaşayacaqdır. Onların xatirəsi qarşısında baş əyir, şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirik.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15

