“Xəyalsız illərim” adlı kitabın təqdimat mərasimi keçirilib
20.04.2026 [17:30]
20 aprel 2026-cı il tarixində Ağstafa rayonunda Vətən müharibəsinin ilk günlərindən könüllü cəbhəyə yollanan şəhid Əlizadə Xəyal Nəsrəddin oğlunun həyatından bəhs edən “Xəyalsız illərim” adlı kitabın təqdimat mərasimi keçirilib.
Mərasimdə YAP Ağstafa rayon təşkilatının əməkdaşları, “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının nümayəndələri, şəhid ailələri iştirak ediblər.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan Ağstafa Mədəniyyət Mərkəzinin direktoru Xuraman Əzimova çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çaldığımız vətən müharibəsində qəhrəman oğullarımızın şücaətindən danışıb. Qeyd olunub ki, bu gün hər birimizin fəxr etdiyi Zəfər 44 günlük müharibə zamanı verilən düzgün hərbi-siyasi qərarlar və şəhidlərimizin qanı bahasına qazanılıb. Xəyal Əlizadə Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu və digər şəhidlərimiz kimi, Azərbaycanın qürur tarixində silinməz iz qoydu. Ona həsr olunmuş bu kitabın gələcək nəsillər üçün dəyərli bir vəsait olacağı vurğulanıb.
Kitabın müəllifi Xatirə Əliyeva qeyd edib ki, 44 günlük Vətən mühribəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş Xəyalın simasında qəhrəman oğullarımızın ümumiləşdirilmiş obrazını təqdim edib. Bu kitab şəhid qəhrəmanımızın xatirəsini əbədiləşdirən söz abidəsidir.
Daha sonra çıxış edən natiqlər - “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, partiya fəalları Əsli Qocayeva, Zəminə Dəmirçiyeva, Saqif Babayev, Rüfət Axundov əsgərlərimizin qəhrəmanlığından, ordumuzun şanlı qələbə qazanmasından danışıblar, hər bir gəncin hər an vətənin müdafiəsinə hazır olmağının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Şəhid Xəyal Əlizadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11

