Regional əməkdaşlıqda yeni imkanlar
28.04.2026 [15:39]
Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana etdiyi rəsmi səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə baş tutan yüksək səviyyəli görüşlər iki ölkə arasındakı əlaqələrin gələcək istiqamətlərini müəyyən edən əhəmiyyətli siyasi hadisə kimi dəyərləndirildi. Dövlət başçıları mətbuat qarşısında birgə bəyanatla çıxış edərək əməkdaşlığın əsas prioritetlərini açıqladılar. Bildirildi ki, Azərbaycan və Ukrayna münasibətləri qarşılıqlı hörmətə, etimada və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır, tərəflər bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir.
Çıxışında Prezident İlham Əliyev vurğuladı ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir və qarşılıqlı şəkildə mövqelərini müdafiə edir. Bu isə həm regional, həm də qlobal səviyyədə siyasi koordinasiyanın güclənməsinə töhfə verir. İqtisadi əlaqələr də müzakirələrin əsas mövzularından biri olub. Prezident qeyd edib ki, ticarət dövriyyəsinin genişləndirilməsi üçün kifayət qədər imkanlar mövcuddur. Eyni zamanda, enerji sahəsində əməkdaşlığın perspektivlərinə toxunaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırıb. Enerji sektorunda Ukrayna ilə əməkdaşlığın daha da genişləndirilməsi, xüsusilə neft və qaz tədarükü, eləcə də alternativ enerji layihələri üzrə birgə təşəbbüslərin reallaşdırılması imkanları da xüsusi qeyd olunub.
Prezident İlham Əliyev Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrildiyini bildirərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində Ukrayna ilə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb. Həmçinin Xəzər dənizi üzərindən daşımaların genişləndirilməsi, liman infrastrukturlarının inkişafı və tranzit imkanlarının artırılmasının hər iki tərəf üçün iqtisadi baxımdan faydalı olduğu qeyd edilib. Humanitar sahədə əməkdaşlıq da diqqətdən kənarda qalmayıb. Azərbaycan və Ukrayna xalqları arasında uzunmüddətli dostluq əlaqələrinin mövcud olduğu bildirilib, təhsil, mədəniyyət və turizm istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb. Tələbə mübadiləsi proqramları, ortaq mədəni layihələr və elmi təşəbbüslər əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən əsas sahələr kimi göstərilib.
Səfər zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Volodimir Zelenski qeyd edib ki, Ukrayna Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu səfərin yeni əməkdaşlıq imkanları yaradacağına inanır. O, xüsusilə iqtisadiyyat, enerji və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinə maraqlı olduqlarını vurğulayıb. Bununla yanaşı, mövcud mürəkkəb beynəlxalq şəraitdə tərəfdaş ölkələrlə əlaqələrin gücləndirilməsinin Ukrayna üçün prioritet olduğunu bildirib.
Volodimir Zelenskinin Azərbaycana səfəri və keçirilən görüşlər göstərir ki, Bakı ilə Kiyev arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu səfər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və yeni layihələrin həyata keçirilməsinə təkan verəcək. Aparılan müzakirələr onu deməyə əsas verir ki, iki ölkə arasında əməkdaşlıq yalnız mövcud istiqamətlərlə məhdudlaşmır, eyni zamanda yeni sahələr üzrə də genişlənmək potensialına malikdir və bu, regionda sabitliyə müsbət təsir göstərə bilər.
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

