/ / YAP Nərimanov rayon təşkilatı tərəfindən akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
YAP Nərimanov rayon təşkilatı tərəfindən akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
28.04.2026 [17:00]
YAP Nərimanov rayon təşkilatı tərəfindən Elmi-Tədqiqat Kardiologiya İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, İnstitutun baş həkimi Afiyəddin İsgəndərov, səhiyyə işçiləri, alimlər, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə ilk öncə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən video çarx izlənilib.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova giriş nitqi ilə çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərdən və onun zəngin mənəvi irsindən geniş bəhs edib. Qeyd edib ki, Zərifə Əliyeva öz yüksək peşəkarlığı, insanpərvərliyi və ziyalılığı ilə Azərbaycan qadınının ən parlaq simalarından biri kimi tarixdə xüsusi yer tutur.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilmiş, onun tədqiqatları oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir. Təşkilat sədri çıxışlarda vurğulayıb ki, Azərbaycan dövlətinin qadın siyasəti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında formalaşmış və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti isə qadınların cəmiyyət həyatındakı rolunun daha da gücləndirilməsinə xidmət edir.
Tədbir çərçivəsində İnstitutun həkim kardioloqu, ƏPT sədri Sultan Şahhüseynov və digər çıxış edənlər akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən danışıb, onun xatirəsini dərin ehtiramla yad ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

