Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Heydər Əliyev və mənim doğma yurdum” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev və mənim doğma yurdum” mövzusunda konfrans keçirilib

30.04.2026 [16:34]

30.04.2026 –cı il tarixində Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının və Qubadlı rayon Təhsil sektorunun birgə təşkilatıçılığı ilə  rayon təşkilatının akt zalında 2026-ci il Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Ümummilli lider Heydər Əliyevin andan olmasının 103 illiyinə” həsr olunmuş “Heydər Əliyev və mənim doğma yurdum” mövzusunda konfrans keçirilmişdir.

Konfransda Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Yeni Azərbaycan Partiyası Nəzərat Təftiş komissiyasının üzvü Badam Hüseynova,Şərqi Zəngəzur regional Təhsil idarəsinin Qubadlı rayon üzrə Təhsil sektorunun müdiri Müşfiq Hüseynov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, YAP Qubadlı rayon təşkilatının məsul işçiləri, rayon təşkilatının, ərazi partiya təşkilatlarının sədrləri, müavinləri , təhsil müəssisələrinin rəhbərləri və müavinləri , partiya fəalları iştirak etdi.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyuldu . Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfranda məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirdi ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Dünya siyasətində hər daim özünəməxsus yeri və mövqeyi ilə ön cərgədə qərarlaşmış Heydər Əliyev ömrünün 40 ildən artıq bir dövrünü Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının inkişafına, tərəqqisinə həsr etmişdir.Respublikamız müstəqil dövlət kimi mövcud olduğu qısa müddət ərzində iqtisadi, siyasi və mədəni sahələrdə böyük irəliləyişlərə nail olmuş, iqtisadiyyatdakı geriləmə və tənəzzülün qarşısı alınmış, insanların həyat tərzi getdikcə yaxşılaşmış, əhalinin sosial rifah halı yaxşılaşmışdır. Heydər Əliyevin dövlət başçısı kimi fəaliyyətinin əsas qayəsini hüquqi dövlət quruculuğu, siyasi sabitlik, iqtisadi islahatlar və beynəlxalq münasibətlərdə balanslı siyasət təşkil edirdi. 1995-ci ildə xalqın ümumi səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası onun rəhbərliyi ilə hazırlanmış və hüquqi dövlətin əsasını qoymuşdur. Bu sənəd müstəqil Azərbaycanın siyasi-iqtisadi inkişaf yolunun hüquqi zəmanəti oldu.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan müstəqil, güclü və dayanıqlı dövlət kimi beynəlxalq arenada tanınır. Onun siyasi kursu bu gün də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatları nəticəsində torpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünü tam bərpa etmiş, müstəqilliyini, suverenliyini daha da möhkəmləndirmiş Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş yolunda inamla irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib.

Təhmasib Rüstəmov qeyd etdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekoloji sahələrə aid proqram və layihələri, sosial problemlərin həllinə dəstəyi, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və təbliği sahələrində həyata keçirdiyi layihələr ölkəmizin ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev fondu bugün də Heydər Əliyev irsini btünü xalqa və dünyaya böyük uğurla təbliğ etməkdədir. İndiki və gələcək nəsillərə mütərəqqi yol göstərən, xalqa və dövlətə layiqli xidmət nümunəsi olan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği həmişə mühüm aktuallıq kəsb etmişdir. Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının ictimai fikirdə möhkəmləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır .

Konfransda çıxış edən Təhsil sektorunun müdiri Müşfiq Hüseynov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev fərqli siyasi sistemlər şəraitində Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanması, müstəqil dövlət ideyasının gerçəkləşməsi prosesində ölkəmizi mürəkkəb, olduqca təlatümlü mərhələlərdən uzaqgörən siyasəti ilə çıxarmışdır. Bu gün Heydər Əliyev Ümummilli Lider səviyyəsinə yüksəlmiş tarixi şəxsiyyət və böyük dövlət xadimidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adı müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu və memarı kimi tarixə qızıl hərflərlə yazılıb. Onun zəngin siyasi irsi, uzaqgörənliyi, dövlətçilik təcrübəsi və vətənə bağlılığı müasir Azərbaycanın inkişafının əsas dayaqlarını təşkil edir.Güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf edir.

Konfransda digər çıxış edənlər isə bildirdilər ki, təhsil hər bir xalqın gələcəyini müəyyən edən əsas amildir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev təhsilin inkişafına xüsusi önəm verirdi. Onun rəhbərliyi dövründə təhsil sistemi daim diqqət mərkəzində saxlanılmış, ölkənin gələcək inkişafı üçün savadlı və bacarıqlı gənclərin yetişdirilməsi strateji məqsəd kimi qoyulmuşdur.Heydər Əliyev deyirdi: “Təhsil millətin gələcəyidir.” Bu fikirlə o, təhsilin dövlət siyasətində tutduğu mühüm yeri açıq şəkildə göstərirdi. Onun təşəbbüsü ilə yüzlərlə məktəb tikildi, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Gənclərin xaricdə təhsil alması üçün imkanlar yaradıldı. Hətta müstəqillik illərində ölkənin çətin dövrlərində belə təhsilə ayrılan diqqət azalmadı.Ümummilli lider yaxşı bilirdi ki, yalnız təhsilli vətənpərvər gənclər güclü Azərbaycan qurmağa qadirdir. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu siyasət uğurla davam etdirilir, ölkəmizdə təhsilin səviyyəsi ilbəil yüksəlir.Nəticə olaraq, Heydər Əliyevin təhsilə verdiyi dəyər bu gün də öz bəhrəsini verir. Onun müdrik siyasəti sayəsində yetişən gənc nəsil Azərbaycanı daha parlaq gələcəyə aparmaq əzmindədir.

Daha sonra Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının təşəbbüsü ilə “2026-cı il Şəhərsalma və Memarlıq ili”və “Ümummilli lider Heydər Əliyevin andan olmasının 103 illiyi”münasibəti ilə Qubadlı rayon ümumitəhsil müəssələrinin şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qaliblərinə dəyərli mükafatlar və hədiyyələr təqdim olundu.

1-ci yerin qalibi , Qubadlı rayon Qaralar kənd tam orta məktəbin 9-cu sinif şagirdi Qarayeva Əfsanə İmran qızı hazırladığı inşanı konfans iştirakçıları üçün səsləndirdi.

2-ci yerin qalibi Qubadlı rayon Çaytumas məktəb liseyinin 10-cu sinif şagirdi Süleymanova Səadət Qismət  qızı , 3-cü yerin qalibi Qubadlı rayon Mahruzlu kənd tam orta məktəbin 10-cu sinif şagirdi Bəşirova Cəvahir İlqar qızı seçildi.

Yekunda  inşa yazı müsabiqəsinin qaliblərinin müəllimlərinə, Tərlan Orucova, Sevil Məmmədova ,Ləmanə Məmmədovaya Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı tərəfindən fəxri fərmanlar və təşəkkürnamələr verildi .

Bununlada “2026-cı il Şəhərsalma və Memarlıq ili və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə”həsr olunmuş konfrans başa çatdı.

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30