Milli Qürur Günü
25.05.2026 [12:29]
28 May Azərbaycan xalqının tarixində ən mühüm və şərəfli gündür. Bu tarix xalqımızın azadlıq uğrunda mübarizəsini, dövlətçilik ənənələrinin qorunmasını və müstəqil Azərbaycan dövlətinin formalaşmasını əks etdirir.
Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Lakin 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalı nəticəsində Azərbaycan müstəqilliyini itirdi və Sovet İttifaqının tərkibinə daxil edildi.
Bununla belə, xalqımız azadlıq ideyalarından heç vaxt vaz keçmədi. 1990-cı il noyabrın 17-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında tarixi qərar qəbul edərək Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən dövlət bayrağı kimi qaldırdı. Bu hadisə milli azadlıq hərəkatının güclənməsinə və Azərbaycanın yenidən müstəqillik qazanmasına böyük təsir göstərdi.
Ulu Öndər Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə 15 iyun 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Ölkəmiz Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır.
Xüsusilə İkinci Qarabağ Müharibəsi müstəqil Azərbaycanın gücünü bütün dünyaya göstərdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə böyük qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Şuşanın azad olunması qələbənin ən mühüm simvoluna çevrildi. 2020-ci il noyabrın 10-da Azərbaycan tarixi zəfər qazandı və ölkənin ərazi bütövlüyü bərpa edildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması ölkə Prezidenit İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi baxımdan güclü dövlət kimi inkişaf edir. Müstəqilliyimizin qorunması, dövlətimizin daha da güclənməsi və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi hər bir vətəndaşın əsas vəzifəsidir.
Məhz buna görə də 28 May Azərbaycan xalqının azadlıq və dövlətçilik yolunun ən mühüm mərhələləsidir. Bu günlər bizə müstəqilliyin nə qədər dəyərli olduğunu xatırladır və xalqımızın birliyini, gücünü və vətən sevgisini nümayiş etdirir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
28 May – Müstəqillik Günü yalnız tarixi bayram deyil, həm də milli birlik, vətənpərvərlik və dövlətçilik günüdür.Bu gün hər bir azərbaycanlı öz müstəqil dövləti ilə fəxr edir.
Sevinc Mustafayeva
YAP Culfa rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

