Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

10.06.2026 [14:34]

  YAP Tərtər rayon təşkilatının, Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Əsrin quruculuq salnaməsi: Ulu Öndərin strateji baxışı və Prezident İlham Əliyevin rəqəmsal şəhər konsepsiyası” mövzusunda tədbir keçirilib.

   Bölgə Təcrübə Stansiyasında keçirilən  tədbirdə  YAP Tərtər rayon təşkilatının , Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları və Zölgörən ərazi partiya təşkilatının üzvləri  iştirak ediblər.

   Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

    YAP Tərtər rayon təşkilatının nümayəndəsi Gündüz Alıkişiyev qeyd edib ki,   Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda müasir şəhərsalma və memarlıq ənənələrinin möhkəm təməli qoyulub. Onun uzaqgörən strateji baxışı sayəsində ölkəmizin şəhər və rayonları, o cümlədən Tərtər rayonu özünəməxsus memarlıq siması qazanaraq sürətlə inkişaf edib. Bu gün həmin siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda, eləcə də digər bölgələrimizdə reallaşdırılan rəqəmsal şəhər konsepsiyaları, "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri müasir Azərbaycan şəhərsalmasının ən parlaq nümunəsidir. Gündüz Alıkişiyev bu quruculuq salnaməsinin regionun sosial-iqtisadi dirçəlişinə və əhalinin rifahına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

    Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev ölkəmizdə şəhərsalma və memarlıq sahəsinin inkişaf tarixindən, Ümummilli Lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən bəhs edib. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələri müasir şəhərsalma prinsiplərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin əhəmiyyətindən danışan Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Zöhrab İsmayılov və Camal Hacıyev ölkəmizin zəngin memarlıq irsinin qorunması, şəhərsalma sahəsində həyata keçirilən islahatlar, eləcə də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə bu sahədə görülmüş işlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri müasir şəhərsalma prinsiplərinin tətbiqinin bariz nümunəsidir.

    Zölgərən ərazi partiya təşkilatının sədri  Rəşad Familzadə çıxış edərək vurğulayıb ki, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əsası qoyulan genişmiqyaslı abadlıq-quruculuq işləri hər bir bölgənin, eləcə də Tərtər rayonunun kənd və qəsəbələrinin simasını köklü şəkildə dəyişib. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir şəhərsalma layihələri kənd yerlərində də infrastrukturun yenilənməsinə, rəqəmsal xidmətlərin əlçatanlığına və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Rəşad Familzadə yerlərdə fəaliyyət göstərən partiya fəallarının və ərazi təşkilatı üzvlərinin bu böyük quruculuq salnaməsinə, eləcə də rəqəmsal inkişaf layihələrinə hər zaman öz əməli töhfələrini verməyə hazır olduqlarını və dövlət başçısının ətrafında sıx birləşdiklərini diqqətə çatdırıb.

Daha sonra Zölgörən ərazi partiya təşkilatının üzvləri və fəal gənclər mövzu ilə bağlı suallarını ünvanlayıb, rəqəmsal idarəetmə və müasir memarlıq layihələri ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30