Tərtərdə Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
12.06.2026 [14:41]
15 İyun – Milli Qurtuluş Günü münasibətilə “15 İyun – Milli Qurtuluş Günü: Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və müasir Azərbaycan” m[vzusunda tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və aparatın əməkdaşalrı, ƏPT sədrləri, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, , idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş, Ulu Öndərin zəngin həyat və siyasi fəaliyyətini əks etdirən foto-sərgiyə baxış keçirilib.
Təntənəli mərasim rayon Mədəniyyət Mərkəzinin akt zalında davam etdirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ardınca Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini və Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin taleyində müstəsna rolundan bəhs edib. Qeyd edib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək sabitliyin, inkişafın və müasir dövlət quruculuğunun əsasını qoyub. Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-abadlıq işləri aparılır.
Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirib ki, 15 İyun Milli Qurtuluş Günü bizə keçdiyimiz bu çətin, keşməkeşli, lakin bir o qədər də şərəfli inkişaf yolunu xatırladan, gələcək nəsillərə müstəqil dövlətçiliyimizi hər zaman göz bəbəyi kimi qorumağı aşılayan ən müqəddəs, ən qiymətli tarixi mirasımızdır. Bu qurtuluş fəlsəfəsi ölkəmizi hələ bundan sonra da daha böyük zirvələrə, qlobal uğurlara və parlaq gələcəyə daşıyacaqdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon şöbəsinin baş məsləhətçisi Elmir Xəlilov və rayon icra hakimiyyətində könüllü, gənc jurnalist Əfşanə Əlizadə çıxış ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup şəxsə YAP Tərtər rayon təşkilatı tərəfindən Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin hazırladığı konsert proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41

