/ / YAP Binəqədi rayon təşkilatı və Bakı Atıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş atıcılıq yarışı keçirildi
YAP Binəqədi rayon təşkilatı və Bakı Atıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş atıcılıq yarışı keçirildi
12.06.2026 [15:18]
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Bakı Atıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş ərazi partiya təşkilatları arasında “Qurtuluşdan zəfərə” adlı atıcılıq yarışı və mükafatlandırma mərasimi keçirildi.
Sporting atışı üzrə açıq havada həyata keçirilən atıcılıq yarışması yekunlaşdıqdan sonra mükafatlandırma mərasimi dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra tədbiri giriş sözü ilə açan Bakı Atıcılıq Mərkəzinin direktoru Tamirlan Hacıyev qeyd etdi ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. O, vurğuladı ki, ümummilli lider Heydər Əliyevin özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında sıx birləşdi. Ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı. Tamirlan Hacıyev gəncləri təbrik edərək onlara uğurlar arzuladı.
Tədbirdə nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında bildirdi ki, ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Dahi şəxsiyyət Milli Məclisdə keçirilən iclasdakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu uğurla həyata keçirdi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu baxımdan əbəs yerə deyilmir ki, 15 iyun tarixi xalqımızın qurtuluş tarixi və nicat yolunun başlanğıcıdır. Rayon təşkilatının sədri gəncləri təbrik edərək onlara uğurlar arzuladı.
Tədbirin sonunda atıcılıq yarışında iştirak edən gənclər arasında I, II və III yerin qaliblərinə medallar və hədiyyələr təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41

