“Xocalı soyqırımı əsrin faciəsidir”
22.02.2014 [13:27]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının qərargahında Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. “Xocalı soyqırımı əsrin faciəsidir” mövzusunda keçirilən tədbirin iştirakçıları öncə Xocalı faciəsində qətlə yetirilən soydaşlrımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək, Xocalı soyqırımının Azərbaycan xalqı üçün törətdiyi ağır nəticələrdən danışıb. M.Abasquliyeva əsrin faciəsi olan Xocalı soyqırımının tək Azərbaycan xalqına qarşı deyil, bütövlükdə, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayıb: “Azərbaycan xalqı, xüsusilə də, gənclərimiz bu dəhşətli faciəni unutmamalı, onu qəlblərində yaşatmalı, faciəni törədənlərin layiqli cavab almaları üçün əllərindən gələni etməlidirlər.”
Rayon təşkilatının sədri onu da deyib ki, beynəlxalq ictimaiyyət hələ də bu faciəyə layiqli qiymət verməyib: “Azərbaycanın bir şəhəri, bütövlükdə, yerlə-yeksan edilib, 600 nəfərdən çox dinc sakin qətlə yetirilib. Lakin təəssüfedici bir haldır ki, bu cinayəti törədən şəxslər hələ də azadlıqda gəzirlər. Bu cinayət təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətlərdən biridir”.
M.Abasquliyeva çıxışında Xocalı soyqırımının dünyada tanınması istiqamətində görülən işlərdən danışaraq bildirib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri hər birimiz tərəfindən yüksək qiymətləndirilir: “Məhz Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Bununla yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu isə ölkəmizin Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində apardığı siyasətin uğuru sayılmalıdır. Bilirsiniz ki, hazırda dünyanın bir çox ölkələrində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbirlər keçirilir. Azərbaycan dövləti bu istiqamətdə öz addımlarını davam etdirir və Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması yönündə aparılan fəaliyyət müsbət nəticələrini verməkdədir”.
M.Abasquliyeva, həmçinin, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı haqq işinin qalib gələcəyinə, beynəlxalq təşkilatların, dünya dövlətlərinin ermənilərin vəhşiliyinə siyasi qiymət verəcəyinə, erməni faşistlərinin beynəlxalq məhkəmə qarşısında cavab verəcəyinə əmin olduğunu bildirib.
Sonra Sabunçu rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması istiqamətində görülən işlər barədə danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

