YAP Şirvan şəhər təşkilatı Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı “dəyirmi masa” keçirib
25.02.2014 [09:16]
Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar “dəyirmi masa” keçirib. Öncə tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarının və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bildirib ki, 1992-ci il fevralın 26-da erməni vandalları və rusların 366-cı motoatıcı alayı tərəfindən törədilən Xocalı soyqırımı XX əsrin ən dəhşətli cinayətlərindən biridir: “Bu soyqırımda 613 nəfər dinc azərbaycanlı, o cümlədən, 63 uşaq, 106 qadın, 70 qoca bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirilib. 366-cı alayın köməyi ilə ermənilər 487 nəfəri ağır xəsarətlərə məruz qoyub, 1275 nəfəri isə girov götürüblər. Beynəlxalq hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atıblar. Həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi ucbatından bu qətliama siyasi qiymət belə verilməmişdi. Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olub, “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edilib. Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun bu istiqamətdə apardığı uğurlu fəaliyyətin nəticəsidir ki, artıq dünyanın bir sıra ölkələri, o cümlədən, ABŞ-ın bir neçə ştatı və beynəlxalq təşkilatlar rəsmən Xocalı soyqırımını tanıyıblar”.
Daha sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının idarə heyətinin üzvü Adəm Hüseynov və Rövşən Allahverdiyev Xocalı soyqırımının dünyada tanıdılması yönündə aparılan fəaliyyəti yüksək qiymətləndiriblər. Xüsusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı qətliamının qurbanlarının xatirəsinin dünyanın bir sıra ölkələrində yad olunduğunu söyləyən natiqlər qeyd ediblər ki, bir sıra aparıcı dövlətlər Xocalı soyqırımı ilə bağlı həqiqətlərlə yaxından tanış olub və həmin ölkələrdə hər il fevralın 26-da bu faciə anılır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

