Azərbaycan-Özbəkistan tandemi: ortaq maraqlardan strateji gələcəyə
25.08.2026 [13:53]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Azərbaycan ilə Özbəkistan münasibətləri son illərdə Cənubi Qafqaz və Mərkəzi
Asiya arasında yeni əməkdaşlıq imkanlarının formalaşması ilə diqqəti cəlb edir. İki
qardaş ölkə arasında tarixi, mədəni, dil və mənəvi yaxınlıq üzərində qurulan
münasibətlər bu gün siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər
istiqamətləri əhatə edən hərtərəfli strateji tərəfdaşlığa çevrilib.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi
müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini və gələcək
perspektivlərini bütün istiqamətləri ilə ortaya qoyur. Bakı ilə Daşkənd arasında
münasibətlər artıq regional və türk dünyası kontekstində strateji əhəmiyyət daşıyır.
İki ölkə arasında münasibətlər artıq ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə
yüksəlib. Müttəfiqlik münasibətlərinin formalaşması siyasi etimadın yüksək
səviyyəyə çatmasının, qarşılıqlı maraqların uzlaşmasının və uzunmüddətli
əməkdaşlıq üçün möhkəm hüquqi bazanın yaranmasının göstəricisidir. Bu prosesdə
Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev
arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad xüsusi rol oynayır.
Liderlər arasında yüksək səviyyəli siyasi dialoq iki ölkə münasibətlərinin
inkişafına güclü impuls verən əsas amillərdən biridir.
Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin və çoxsaylı təmasların
keçirilməsi münasibətlərin intensivliyinin göstəricisidir. 2024-cü ilin avqustunda
Prezident İlham Əliyevin Özbəkistana səfəri, 2025-ci ilin iyulunda isə Prezident
Şavkat Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində imzalanan mühüm sənədlər
münasibətlərin institusional və hüquqi bazasını daha da möhkəmləndirib. “Strateji
tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik
münasibətləri haqqında Müqavilə” Azərbaycan–Özbəkistan əlaqələrinin gələcək
inkişafı üçün yeni mərhələnin əsas siyasi çərçivəsini müəyyənləşdirib.
Azərbaycan və Özbəkistan münasibətlərinin yüksək səviyyəsinin mühüm
göstəricilərindən biri də Ali Dövlətlərarası Şuranın yaradılmasıdır. Şura iki ölkənin
uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirmək, yeni təşəbbüsləri
təşviq etmək və müxtəlif sahələrdə fəaliyyətin əlaqələndirilməsi baxımından
mühüm institusional platformaya çevrilib. Bu baxımdan Azərbaycan-Özbəkistan
münasibətlərinin əsas xüsusiyyətlərindən biri siyasi dialoqun iqtisadi və humanitar
əməkdaşlıqla paralel şəkildə inkişaf etməsidir.
Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əlaqələrin inkişafına da birbaşa
təsir göstərir. Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının bir-birini tamamlayan
xüsusiyyətləri daha geniş əməkdaşlıq imkanları yaradır. Bu baxımdan Azərbaycan-
Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. 500 milyon
ABŞ dolları ümumi kapitalla yaradılmış şirkət iki ölkənin müxtəlif sektorlarında
perspektivli layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün mühüm
platformadır. Dövlətimizin başçısı qeyd edib: “İqtisadi-ticari əməkdaşlığımız son
illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan
arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox
artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı
ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə
müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb”.
Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm xüsusiyyətlərindən biri birgə
istehsal layihələrinin artmasıdır. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə Mirzə
Uluqbəy adına məktəbin inşa edilməsi, Füzuli rayonunda 100 hektarlıq “Dostluq
bağı”nın salınması, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı
sahəsində əməkdaşlıq iki ölkənin münasibətlərinin konkret layihələr üzərindən
dərinləşdiyini nümayiş etdirir. 2026-cı il iyulun 13-nə olan məlumata görə,
Azərbaycanda 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal
edilib. Bu rəqəmlər əməkdaşlığın yalnız ticarət münasibətləri ilə
məhdudlaşmadığını, artıq istehsal zəncirlərinin formalaşmasına keçdiyini
təsdiqləyir. Belə layihələr Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının
imkanlarının birləşdirilməsi baxımından uzunmüddətli perspektivdə daha böyük
əhəmiyyət daşıya bilər.
Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin inkişafı, bərpaolunan enerjinin
Avropaya ixracı və Xəzər dənizinin dibi ilə enerji ötürülməsi imkanlarının
reallaşdırılması baxımından mühüm rol oynayır. Azərbaycan–Özbəkistan enerji
əməkdaşlığı isə artıq ikitərəfli münasibətlər çərçivəsini aşaraq Mərkəzi Asiya ilə
Azərbaycan arasında regional enerji inteqrasiyasının və yeni yaşıl enerji
marşrutlarının formalaşmasının mühüm istiqamətlərindən birinə çevrilir. Prezident
İlham Əliyev vurğulayıb: “2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın
müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud
Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi
Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji
ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək
məqsədilə yaradılıb”.
Azərbaycan ilə Özbəkistanı yaxınlaşdıran ən mühüm strateji istiqamətlərdən biri
nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə
Mərkəzi Asiyada yerləşməsi iki ölkəni Şərqlə Qərb arasında formalaşan yeni
nəqliyyat marşrutlarının təbii tərəfdaşlarına çevirir. 2025-ci ildə iki ölkə arasında
tranzit daşımalarının həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin
yanvar-iyun aylarında isə daha 12,2 faiz artım qeydə alınıb və daşınan yükün
həcmi 675 min ton təşkil edib. Bu göstəricilər Azərbaycan-Özbəkistan
münasibətlərində nəqliyyat komponentinin getdikcə daha böyük rol oynadığını
göstərir.
Xüsusilə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP
ilə inteqrasiyası yeni perspektivlər yaradır. Həmin layihələrin bir-biri ilə
əlaqələndirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında daha
səmərəli nəqliyyat bağlantısının formalaşmasına səbəb olacaqdır. Bu baxımdan
Azərbaycan–Özbəkistan tandemi təkcə iki ölkənin iqtisadi maraqlarına deyil,
bütövlükdə Avrasiya nəqliyyat xəritəsinin yenidən formalaşmasına təsir göstərə
biləcək potensiala malikdir.
İşğaldan azad edilmiş ərazilərdə Özbəkistanın həyata keçirdiyi layihələr
Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Füzulidə Mirzə Uluqbəy adına
məktəbin inşası və “Dostluq bağı”nın salınması Özbəkistanın Azərbaycanın bərpa
və quruculuq prosesinə verdiyi dəstəyin konkret nümunələridir. Bu layihələrin
əhəmiyyəti yalnız iqtisadi və sosial nəticələrlə ölçülmür. Onlar iki xalqın
həmrəyliyinin və çətin günlərdə nümayiş etdirilən qarşılıqlı dəstəyin simvolik
ifadəsidir.
Azərbaycan–Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini artıran əsas
amillərdən biri də iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal
əməkdaşlığıdır. Bakı və Daşkənd TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq
platforması kimi deyil, ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri gələcəyə
daşıyan mühüm birlik kimi qiymətləndirirlər. Siyasi dialoq, iqtisadi əməkdaşlıq,
nəqliyyat, logistika, təhsil, elm və mədəniyyət sahələrində birgə fəaliyyət Türk
dünyasında inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız Bakı ilə Daşkənd
arasındakı ikitərəfli gündəliklə məhdudlaşmır. Bu münasibətlər daha geniş
regionlararası əməkdaşlıq arxitekturasının mühüm elementinə çevrilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21

