Azərbaycan - Özbəkistan: Ortaq tarixdən böyük gələcəyə
25.08.2026 [15:18]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana
dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat iki qardaş ölkə
arasında münasibətlərin bugünkü mənzərəsini və gələcək inkişaf istiqamətlərini
bütün dolğunluğu ilə ortaya qoyan mühüm siyasi mesaj kimi diqqət çəkdi. Bu
bəyanat yalnız keçirilmiş görüşlərin və əldə olunmuş razılaşmaların yekunu
deyil, həm də Azərbaycan–Özbəkistan əlaqələrinin hansı strateji mərhələyə
yüksəldiyini göstərən mühüm siyasi sənəd təsiri bağışladı. Əslində, Azərbaycan
və Özbəkistan münasibətlərinin mahiyyətini yalnız diplomatik terminlərlə ifadə
etmək çətindir. Çünki bu münasibətlərin təməlində tarix, milli-mənəvi dəyərlər,
dil və mədəni yaxınlıq, ortaq türk kimliyi və xalqlarımız arasında əsrlər boyu
formalaşmış qarşılıqlı rəğbət dayanır. Prezident İlham Əliyevin bəyanatında da
bu məqam xüsusi vurğu ilə ifadə edildi.
Ölkə Prezidenti İlham Əliyevin səfər zamanı Özbəkistanın sürətli
inkişafını xüsusi qeyd etməsi də diqqətəlayiq məqamdır. Dövlət başçısı
Daşkəndə hər səfərində şəhərin və bütövlükdə ölkənin inkişafında yeni
dəyişikliklərin şahidi olduğunu vurğuladı. Bu, eyni zamanda Azərbaycan və
Özbəkistanın inkişaf modellərinin, dövlətçilik yanaşmalarının və modernləşmə
proseslərinin bir-birinə yaxınlığını nümayiş etdirən mühüm siyasi mesajdır. Son
illərdə Özbəkistanın həyata keçirdiyi genişmiqyaslı islahatlar ölkənin iqtisadi
potensialını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan tərəfi isə bu inkişafı dost
və qardaş ölkənin uğuru kimi qəbul edir. Prezident İlham Əliyevin fikirlərində
də məhz bu səmimi münasibət aydın görünürdü. Burada diqqət çəkən əsas
məsələ ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan bir-birinin uğuruna rəqib
kimi deyil, tərəfdaş və qardaş kimi yanaşırlar. Bu yanaşma iki ölkənin
münasibətlərini daha da möhkəmləndirən mühüm amildir.
Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə sürətlə inkişaf
etməsi təsadüfi proses deyil. Prezident İlham Əliyevin və Prezident Şavkat
Mirziyoyevin siyasi iradəsi nəticəsində əlaqələr ardıcıl şəkildə strateji
tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Bu gün iki ölkə arasında
münasibətlər siyasi dialoqla məhdudlaşmır. İqtisadiyyat, investisiya, nəqliyyat,
energetika, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə
əməkdaşlıq genişlənir. Prezident İlham Əliyevin bəyanatında səslənən fikirlər də
göstərdi ki, Bakı və Daşkənd mövcud əlaqələri sadəcə qorumaq deyil, onları
yeni səviyyəyə çıxarmaq niyyətindədir. Bu baxımdan iki ölkə arasında birgə
investisiyaların həcminin 500 milyon dollardan xeyli yüksək olması da mühüm
göstəricidir. Bu rəqəm münasibətlərin siyasi müstəvidən real iqtisadi əməkdaşlıq
müstəvisinə keçdiyini göstərir.
Azərbaycan–Özbəkistan münasibətlərində Qarabağın bərpası ayrıca yer
tutur. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Özbəkistanın
Qarabağın yenidən qurulmasına göstərdiyi dəstək iki ölkə arasındakı
münasibətlərin səmimiliyinin bariz nümunəsinə çevrildi.
Prezident İlham Əliyevin səfər zamanı Özbəkistanın Qarabağın
bərpasında ilk praktiki yardım göstərən ölkələrdən biri olduğunu vurğulaması
məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Füzuli şəhərində Özbəkistan
tərəfindən inşa edilmiş məktəb qardaş ölkənin Azərbaycana münasibətinin
simvoluna çevrilib. Bu layihənin əhəmiyyəti yalnız tikilmiş bir təhsil müəssisəsi
ilə ölçülmür. Burada əslində Özbəkistan xalqının Azərbaycan xalqının
Qarabağdakı Böyük Qayıdışına mənəvi və əməli dəstəyi ifadə olunur. Bu gün
Qarabağda ucalan hər bir məktəb, xəstəxana, yaşayış binası və sosial obyekt
Böyük Qayıdışın salnaməsini yazır. Özbəkistanın bu salnamədə öz imzasını
qoyması iki xalq arasındakı qardaşlığın gələcək nəsillərə ötürüləcək
nümunəsidir.
Prezident İlham Əliyevin bəyanatında ən mühüm məqamlardan biri də
Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əlaqələrin strateji perspektivlərinə dair
fikirlər idi. Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Avrasiyanın mühüm
nəqliyyat və logistika xəritəsinin əsas iştirakçılarından birinə çevrilib. Mərkəzi
Asiya dövlətlərinin də beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək
marağı Azərbaycanın mövqeyini daha da gücləndirir. Bu mənada Azərbaycan ilə
Özbəkistan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi
əhəmiyyət daşıyır. Xəzər üzərindən keçən Orta Dəhliz Azərbaycanı Mərkəzi
Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevirir. Özbəkistanın bu
marşrutun imkanlarından yararlanması, Azərbaycanın isə öz tranzit və logistika
potensialını genişləndirməsi hər iki tərəfin iqtisadi maraqlarına cavab verir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Mərkəzi Asiya və Azərbaycan bu
gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi məkan kimi
çıxış edir. Bu fikir əslində qarşıdakı illərin əməkdaşlıq gündəliyinin əsas
istiqamətlərindən birini müəyyənləşdirir.
İki ölkənin əməkdaşlığında iqtisadi məsələlər mühüm yer tutsa da,
münasibətlərin mahiyyəti yalnız ticarət dövriyyəsi və investisiya göstəriciləri ilə
ölçülə bilməz. Azərbaycan və Özbəkistan bir-birini daha geniş regional
layihələrdə tamamlayan iki mühüm tərəfdaşdır. Azərbaycanın enerji, nəqliyyat
və logistika imkanları ilə Özbəkistanın böyük iqtisadi və insan resursları bir
araya gəldikdə yeni əməkdaşlıq imkanları yaranır. Bu baxımdan birgə
müəssisələrin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi, qarşılıqlı
investisiyaların artırılması və yeni layihələrin həyata keçirilməsi iki ölkənin
iqtisadi münasibətlərinin gələcək konturlarını müəyyən edir. Bu əməkdaşlıq
qarşılıqlı fayda prinsipinə əsaslanır. Yəni söhbət bir tərəfin qazancı hesabına
digər tərəfin əldə etdiyi nəticədən deyil, iki ölkənin birlikdə yaratdığı iqtisadi
dəyərdən gedir.
Özbəkistana 23 avqust səfərinin diqqətçəkən hadisələrindən biri
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanın ali dövlət
təltiflərindən biri olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi oldu.
Azərbaycan Prezidentinin sərəncamında bu qərarın Özbəkistan ilə Azərbaycan
arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında Prezident
Şavkat Mirziyoyevin xüsusi xidmətləri ilə əlaqələndirilməsi təsadüfi deyil. Bu
təltif, əslində, iki dövlət başçısının münasibətlərinin və qarşılıqlı siyasi
etimadının yüksək səviyyəsinin göstəricisidir. Eyni zamanda Heydər Əliyev
siyasi irsinin Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında yaratdığı
möhkəm təməlin bu gün də uğurla davam etdirildiyini göstərir.
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının aparıcı
üzvlərindəndir. İki ölkə arasında siyasi etimadın möhkəmlənməsi, iqtisadi
əlaqələrin genişlənməsi, nəqliyyat-kommunikasiya imkanlarının artırılması və
humanitar münasibətlərin dərinləşməsi bütövlükdə Türk dünyasının inteqrasiya
prosesinə ciddi töhfə verir. Bu gün Türk dünyasının qarşısında yeni tarixi
imkanlar açılır. Bu imkanlardan səmərəli istifadə üçün dövlətlər arasında siyasi
həmrəyliklə yanaşı, real iqtisadi və nəqliyyat bağlantıları da
möhkəmləndirilməlidir. Azərbaycan və Özbəkistanın əməkdaşlığı məhz belə bir
modelin uğurlu nümunəsidir.
Prezident İlham Əliyevin Daşkənd bəyanatı da məhz bu həqiqəti bir daha
təsdiqlədi: Azərbaycan və Özbəkistanın dostluğu yalnız bu günün münasibəti
deyil, gələcəyə hesablanmış böyük siyasi iradə və qardaşlıq layihəsidir.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18

