Gəncə şəhərində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
27.02.2014 [09:18]
Fevralın 25-də Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının qərargahında Xocalı soyqırımına həsr olunmuş yığıncaq keçirilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbiri açaraq bildirib ki, fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələri, keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönələn qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Elmar Vəliyev bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevral tarixini Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən, Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Daha sonra qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.
Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Azad Bayramov, Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Rauf Hacıyev, Gəncə Dövlət Universitetinin dekanı, professor Həsənbala Sadıqov və başqaları çıxış edərək, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildiriblər.
Qeyd edək ki, dünən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət işçilərinin nümayəndələri Hacıkənd qəsəbəsində məskunlaşan Xocalı sakinləri ilə görüşüblər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, Xocalı soyqırımı xarakter etibarı və qəddarlığı ilə fərqlənir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalıdır.
Soyqırımının ildönümü ilə əlaqədar, həmçinin, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəalları ermənilərin qanlı terror aktının nəticələrindən bəhs edən sosial çarx hazırlayıblar.
Dünən YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurası da Xocalı soyqırımı ilə bağlı “dəyirmi masa” təşkil edib. Tədbirdə Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.
Fevralın 25-də AzMİ-nin Gəncə filialında da Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, rayon təşkilatının Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, rektor əvəzi Razim Məmmədov, Tələbə-Gənclər təşkilatlarının sədrləri, müəllimlər və fəal gənclər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

