Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon təşkilatı Prezident İlham Əliyevin VIII Qurultayda irəli sürdüyü məsələlərlə bağlı müşavirə keçirib

YAP Nərimanov rayon təşkilatı Prezident İlham Əliyevin VIII Qurultayda irəli sürdüyü məsələlərlə bağlı müşavirə keçirib

08.10.2026 [22:47]

6 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Z.Nudirəliyev küçəsi 83 ünvanı üzrə Ərazi Partiya Təşkilatının akt zalında təşkil olunan müşavirədən əvvəl tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümumilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu, Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Samir Vəliyev, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, VIII Qurultayın nümayəndələri, ƏPT sədrləri və partiya fəalları iştirak ediblər.

Giriş sözü ilə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin ölkənin davamlı inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, YAP-ın VIII Qurultayında səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr partiyanın qarşıdakı dövrdə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Elçin Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının hər bir rayon təşkilatının əsas vəzifələrindən biri dövlət başçısının müəyyən etdiyi siyasi kursun, milli maraqların və dövlətçilik prinsiplərinin cəmiyyətə düzgün çatdırılması, partiya sıralarında fəallığın daha da artırılması, ictimai-siyasi proseslərdə iştirakın gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin yerli səviyyədə ardıcıl şəkildə həyata keçirilməsidir. Təşkilat sədri çıxış zamanı Nərimanov rayon təşkilatının fəaliyyətində partiya üzvləri ilə işin təkmilləşdirilməsi, gənclərin və qadınların ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, Ərazi Partiya Təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, vətəndaşlarla əlaqələrin genişləndirilməsi və ictimai təşəbbüslərin dəstəklənməsi kimi məsələlərin xüsusi diqqətdə saxlanıldığı vurğulanıb.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu, Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Samir Vəliyev, SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiri-ƏPT sədri Rəşad Əsgərov,  Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatının “Təbriz küçəsi 51” ünvanı üzrə ƏPT sədri Nasim Abışov, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri – Vətən müharibəsi qəhrəmanı, baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, partiyanın ideoloji fəaliyyətinin əhəmiyyətindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlərdən bəhs ediblər. O, VIII Qurultayda müəyyənləşdirilən yeni hədəflərin partiyanın müasir çağırışlara uyğun fəaliyyətinin daha da gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyalarına və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa sadiqdir. Dövlətin müstəqilliyi, suverenliyi, milli maraqları və təhlükəsizliyi partiyanın fəaliyyətində əsas prioritetlərdəndir.

Tədbirin sonunda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin, partiya üzvlərinin fəallığının artırılmasının və YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin edilməsinin vacibliyi vurğulanıb.

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31