Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan milli Konservatoriyasında müşavirə keçirilib

Azərbaycan milli Konservatoriyasında müşavirə keçirilib

09.10.2026 [16:55]

Oktyabrın 9-da “Ə.Ələkbərov küç.7” ünvanı üzrə (Azərbaycan Milli Konservatoriyası) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirədən əvvəl Azərbaycan Milli Konservatoriyasının inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İştirakçıları salmalayaraq çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqi partiyanın gələcək fəaliyyətinin ideoloji istiqamətlərini müəyyənləşdirən mühüm siyasi proqramdır. Dövlətimizin başçısı çıxışında Azərbaycanın qazandığı tarixi nailiyyətlərin cəmiyyətə düzgün çatdırılmasının vacibliyini xüsusi vurğulayıb. Bu baxımdan, YAP-ın yerli təşkilatları ideoloji fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmalı, formal yanaşmalardan uzaqlaşaraq daha çevik və məzmunlu iş üsullarına üstünlük verməlidirlər. Azərbaycanın dövlətçilik tarixinin, milli maraqlarının və müstəqil siyasətinin mahiyyəti ardıcıl şəkildə təbliğ olunmalıdır. Xüsusilə gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və onların ictimai-siyasi proseslərdə fəal iştirakının təşviqi mühüm vəzifələrdəndir. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması ideoloji fəaliyyətin əsas istiqamətlərindən biri olmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurların konkret faktlar əsasında ictimaiyyətə təqdim edilməsi partiyanın təbliğat işinin səmərəliliyini artıracaqdır. Milli birlik, həmrəylik və dövlətə sədaqət ideyalarının gücləndirilməsi ölkəmizin sabit inkişafına töhfə verəcəkdir. Qarşıya qoyulan vəzifələrin ardıcıl icrası Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunun və aparıcı siyasi qüvvə kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki,  Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra yeni tarixi şəraitdə keçirilən mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin qurultaydakı nitqi ölkəmizin qarşıdakı inkişaf mərhələsində prioritet istiqamətləri və partiyanın üzərinə düşən vəzifələri aydın şəkildə müəyyənləşdirir. Azərbaycan xalqının birliyi, dövlətimizin gücü və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər milli qürurumuzun və özünəinamımızın əsas mənbəyidir. Bu reallıqların qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə çatdırılması hər bir partiya üzvünün məsuliyyətidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin iqtisadi imkanlarını, siyasi iradəsini və xalqımızın qayıdış əzmini nümayiş etdirir. Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsi, doğma yurdlarına qayıdan vətəndaşların dayanıqlı məskunlaşması və yeni yaşayış məntəqələrinin inkişafı strateji əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və milli maraqlara əsaslanan müstəqil xarici siyasətin davam etdirilməsi də diqqət mərkəzində saxlanılmalıdır. Müasir çağırışlar partiya fəaliyyətində analitik yanaşmanın, çevik qərarların və nəticəyönümlü təşəbbüslərin əhəmiyyətini artırır. Bu istiqamətdə yerli təşkilatlar ərazilərində aparılan quruculuq işlərini, sosial-iqtisadi inkişafı və dövlət proqramlarının nəticələrini ictimaiyyətə dolğun şəkildə çatdırmalıdırlar. Gənclərin təşəbbüskarlığının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi ölkəmizin gələcək tərəqqisi üçün mühüm şərtdir. Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsində fəal iştirak etməli, Zəfərdən doğan məsuliyyəti əməli fəaliyyəti ilə doğrultmalıdır. Müşavirədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələri dərindən təhlil etməyə, qarşıya qoyulan tapşırıqların icrasında məsuliyyətli və təşəbbüskar mövqe nümayiş etdirməklə bağlı çağırış edilib. Hər bir iştirakçı ideoloji fəaliyyətin gücləndirilməsi, dövlətçilik prinsiplərinin təbliği, milli həmrəyliyin möhkəmləndirilməsi və qurultaydan irəli gələn məsələlərin yerlərdə ardıcıl həyata keçirilməsi istiqamətində öz töhfəsini verməlidir.

Müşavirədə həmçinin xalq artisti Möhlət Müslümov, əməkdar artist Emil Əfrasiyab, əməkdar artist Bəyimxanım Vəliyeva, xalq artisti Ənvər Sadıqov, əməkdar artist Gülüstan Əliyeva, əməkdar artist Nurlan Növrəsli, Konservatoriyanın labaratoriya rəhbəri Məmmədəli Məmmədov, Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Bağır və Azərbaycan Milli Konservatoriyasının prorektoru, ərazi partiya təşkilatının sədri Nizami Əsədov Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqi partiyanın qarşıdakı fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm siyasi proqramdır. Çıxışda ideoloji işin müasir tələblərə uyğun qurulması, formal yanaşmalardan uzaqlaşılması və Azərbaycanın reallıqlarının cəmiyyətə düzgün çatdırılması xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yaranmış yeni tarixi şərait partiya təşkilatlarının üzərinə daha böyük məsuliyyət qoyur. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliği, gənclərin dövlətçilik ruhunda tərbiyəsi, milli həmrəyliyin möhkəmləndirilməsi və sosial məsələlərə həssas yanaşılması əsas vəzifələrdəndir.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31