Füzuli şəhəri Qarabağın modern və abad mərkəzinə çevrilir
16.10.2026 [12:14]
Azərbaycanın böyük yaşayış məntəqələrindən biri olan Füzulinin təməli 1827-ci ildə qoyulmuşdur. Əvvəlcə Qarabulaq adlanan bu məskənin bazasında 1930-cu ildə inzibati rayon yaradılmış və ona Qaryagin adı verilmişdir. Mərkəzi Qaryagin qəsəbəsi seçilən rayon, Qozluçay və Köndələnçay hövzələrini, Arazboyu əraziləri, eləcə də Füzuli-Ağdam magistral yolunun hər iki tərəfində yerləşən kəndləri əhatə edirdi. Ümumi sahəsi 1390 kvadratmetr olan rayonun tərkibinə 1 şəhər və 78 kənd daxil idi. 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Füzuli şəhəri və rayonun 58 kəndi işğala məruz qalmışdır.
Füzuli torpağı yalnız zəngin coğrafiyası ilə deyil, həm də minilliklərin süzgəcindən keçib gələn nadir tarixi-dini abidələri ilə Azərbaycanın mənəvi xəzinəsi sayılır. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasından başlayaraq, XVII əsrə aid Şah Abbas (Qarğabazar) məscidi, orta əsr memarlığının inciləri hesab edilən Mirəli və Şeyx Babı Yaqub türbələri, eləcə də qədim alban məbədləri bu bölgənin köklü mədəniyyətindən xəbər verir. Təəssüf ki, 30 illik işğal dövründə bu müqəddəs ocaqlar və tarixi abidələr erməni vandalizminə məruz qalaraq dağıdılsa da, bu gün Füzulinin azad olunması ilə həmin zəngin irsin yenidən bərpası və dirçəldilməsi mərhələsi başlamışdır.
Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadət və qəhrəmanlıqla Füzulinin azad edilməsi əməliyyatı ilə hərb tarixinə daxil olmuşdur. Keçilməz hesab edilən erməni müdafiə xətlərini yararaq, hər qarış torpaq uğrunda canından keçən qəhrəman əsgər və zabitlərimiz Füzulidə üçrəngli bayrağımızı ucaltmışdır. Məhz bu cəsarət, yüksək döyüş hazırlığı və sarsılmaz vətənpərvərlik ruhu sayəsində 30 illik həsrətə son qoyulmuş, Füzulinin bu gün azad və mağrur nəfəs alması təmin edilmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xüsusi tapşırığı və diqqəti sayəsində Füzuli bu gün tamamilə yenidən qurulur və sürətli dirçəliş dövrünü yaşayır. Qısa müddətdə həyata keçirilən möhtəşəm quruculuq işləri füzulililərin doğma ocaqlarına təhlükəsiz və rahat qayıdışını təmin etməklə yanaşı, rayonu Qarabağın modern və çiçəklənən mərkəzlərindən birinə çevirir.
23 avqust 2023-cü il tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Füzuli Beynəlxalq Hava Limanında yüksək səviyyədə qarşılanmış, səfər çərçivəsində Füzulidə Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin təntənəli açılışı mərasimi keçirilmişdir. Həmçinin, ali qonaq Füzuli şəhər yaşayış kompleksində mənzil şəraiti və sakinlərin rahatlığı üçün yaradılan müasir imkanlarla, eləcə də şəhərin Baş planı ilə yaxından tanış olmuşdur.
16 oktyabr 2023-cü il tarixində Füzuli rayonunda böyük quruculuq mərhələsinin əsası qoyulmuş, Prezident İlham Əliyevin iştirakı ilə Cuvarlı və Qoçəhmədli kəndlərinin, eləcə də Füzuli şəhərində idman kompleksinin, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının və inzibati binanın təntənəli təməlqoyma mərasimləri keçirilmişdir.
17 oktyabr 2023-cü il tarixində – ilk dəfə təntənə ilə qeyd olunan "Füzuli Şəhəri Günü"ndə Prezident İlham Əliyev Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, doğma yurdlarına qayıdan həmyerlilərimizin sevincini və tarixi Zəfər qürurunu onlarla birgə paylaşmışdır.
8 noyabr 2023-cü il tarixində Füzuli rayonunun tarixi və strateji əhəmiyyətli Qarğabazar kəndinin təntənəli təməlqoyma mərasimi keçirilmişdir.
12 mart 2024-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və dövlət səfərində olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli rayonuna birgə səfər etmiş, şəhərdə Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını etmiş və gələcəkdə tikiləcək Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olmuşlar.
25 aprel 2024-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli rayonuna birgə səfər etmiş, erməni işğalı dövründə dağıdılmış ərazilərə baxış keçirmiş və şəhərin bərpasını əhatə edən Baş planla yaxından tanış olmuşlar.
17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının tarixi Zəfərinin, milli qürurunun və dövlətimizin sarsılmaz iradəsinin rəmzidir. Otuz illik işğal dövründə tamamilə dağıdılmış Füzuli bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və dost ölkələrin qardaşlıq dəstəyi sayəsində sürətlə dirçəlir. Doğma yurdlarına qayıdan sakinlərimizin təhlükəsiz və rahat yaşaması üçün yaradılan şərait, Böyük Qayıdış proqramının uğurla reallaşdırılmasının əyani sübutudur. Azad edilmiş Füzuli şəhəri bundan sonra da regionun dinamik inkişaf edən, müasir və abad mərkəzlərindən biri kimi ölkəmizin tərəqqisinə töhfə verəcəkdir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Oktyabr 13:04
İqtisadiyyat
16 Oktyabr 12:53
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11
Dünya
15 Oktyabr 13:12
Siyasət
15 Oktyabr 13:11
Siyasət
15 Oktyabr 13:09
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34

