Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri /  Füzuli – qəhrəmanlıq tarixindən dirçəlişə uzanan yol

 Füzuli – qəhrəmanlıq tarixindən dirçəlişə uzanan yol

16.10.2026 [12:34]

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

17 Oktyabr – Füzuli şəhəri günü Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq, qürur və tarixi ədalətin təntənəsi kimi yaşayır. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində mühüm hadisələrdən biri oldu. Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi uğurlu əməliyyatlar hərbçilərimizin yüksək peşəkarlığını, əzmkarlığını və Vətənə sədaqətini nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan mübarizə nəticəsində şəhərin azadlığı təmin edildi və Qarabağda tarixi Zəfərə doğru mühüm addım atıldı. Füzuli uğrunda döyüşlər yalnız hərbi baxımdan deyil, həm də xalqımızın milli iradəsinin təzahürü kimi böyük əhəmiyyət daşıyır. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qayıdış ümidi yenidən canlandı, Azərbaycan bayrağının Füzulidə dalğalanması isə tarixi ədalətin bərpasının rəmzinə çevrildi.

Şəhərin azad edilməsi ilə başlayan yeni mərhələ bu gün genişmiqyaslı quruculuq və bərpa işləri ilə davam edir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri, burada həyata keçirilən layihələrlə tanış olması və yeni obyektlərin açılışında iştirakı dövlətin bölgənin inkişafına verdiyi diqqətin göstəricisidir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ərazinin nəqliyyat imkanlarını genişləndirərək Qarabağın digər bölgələrlə əlaqələrinin güclənməsinə şərait yaradıb. Şəhərin müasir infrastrukturunun qurulması, yaşayış sahələrinin yenilənməsi və sosial obyektlərin yaradılması doğma yurda qayıdış prosesinin mühüm istiqamətləridir. Bu prosesdə qardaş Qazaxıstanın dəstəyi də xüsusi qeyd olunmalıdır. Qazaxıstanın Füzulidə inşa etdirdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi iki ölkə arasındakı dostluğun və qardaşlığın konkret ifadəsidir. Belə təşəbbüslər şəhərin mədəni həyatının canlanmasına, uşaqların yaradıcılıq imkanlarının genişlənməsinə və Azərbaycanla Qazaxıstan arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Bununla yanaşı, Füzulinin tam dirçəlişi qarşısında duran mühüm problemlərdən biri mina və partlamamış hərbi sursat təhlükəsidir. İşğaldan azad edilmiş ərazilər arasında mina çirklənməsinin ən ciddi olduğu bölgələrdən sayılan Füzulidə təhlükəsizliyin təmin edilməsi əhalinin qayıdışı, təsərrüfat fəaliyyətinin bərpası və quruculuq layihələrinin genişləndirilməsi baxımından həyati əhəmiyyət daşıyır. Buna görə də minatəmizləmə işlərinin ardıcıl aparılması dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Bu gün Füzulidə atılan hər bir addım keçmişin ağır nəticələrinin aradan qaldırılmasına və gələcək nəsillər üçün təhlükəsiz həyat şəraitinin yaradılmasına xidmət edir. 17 Oktyabr yalnız şəhərin azad olunduğu tarixi gün deyil, həm də Azərbaycan xalqının öz torpaqlarını bərpa etmək, doğma yurdlarını yenidən qurmaq və gələcəyə inamla addımlamaq əzminin ifadəsidir. Füzulinin dirçəlişi Zəfərin quruculuqla tamamlandığını göstərir və xalqımızın tarixi yaddaşında əbədi yaşayacaq.

Paylaş:
Baxılıb: 20 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31