Zəfər salnaməsinin parlaq səhifəsi
16.10.2026 [12:58]
Qarabağın qədim və zəngin tarixə malik guşələrindən biri olan Füzuli rayonu əlverişli coğrafi mövqeyi, münbit torpaqları və strateji əhəmiyyəti ilə hər zaman xüsusi diqqət mərkəzində olmuşdur. Araz çayı boyu uzanan düzənlikləri və dağətəyi relyefi ilə seçilən bu diyər əsrlar boyu Azərbaycanın mədəni və sosial-iqtisadi həyatında mühüm rol oynamışdır. Tarixi faktlar göstərir ki, Füzuli zəngin keçmişə, qədim yaşayış məskənlərinə və bənzərsiz mədəni irsə malikdir. Bu torpaq həm də tarixi-dini abidələrlə son dərəcə zəngindir. Rayon ərazisində yerləşən qədim məscidlər, türbələr, karvansaralar və digər memarlıq nümunələri xalqımızın əsrlərlə formalaşmış mənəvi dəyərlərinin və memarlıq mühitinin canlı şahidləridir.
Lakin XX əsrin sonlarında baş verən faciəvi hadisələr bu dilbər guşənin taleyində dərin izlər buraxdı. 1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Füzuli rayonunun böyük bir hissəsi və şəhər mərkəzi işğal olundu. Füzuli rayonunun işğalı minlərlə soydaşımızın doğma ocaqlarından didərgin düşməsinə, yüzlərlə mülki şəxsin və hərbçinin şəhid olmasına, rayonun infrastrukturunun, tarixi və dini abidələrinin acımasızcasına dağıdılmasına səbəb oldu. Otuz ilə yaxın davam edən işğal dövründə düşmən Füzuli şəhərini tamamilə xarabalığa çevirdi, yaşayış evlərini, məktəbləri və tarixi abidələri yerlə-yeksan etdi.
2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Qəhrəman Ordusu tarixi ədaləti bərpa etmək üçün əks-hücum əməliyyatına başladı. Müharibənin ilk günlərindən etibarən Füzuli istiqamətində həyata keçirilən hərbi əməliyyatlar həlledici xarakter daşıyırdı. Füzuli uğrunda döyüşlər İkinci Qarabağ müharibəsinin mühüm əhəmiyyət kəsb edən döyüşləri sırasında xüsusi yer tutur. Düşmənin illər boyu qurduğu bir neçə dərinlikli müdafiə xətləri, istehkamları və mühəndis maneələri rəşadətli ordumuzun yüksək peşəkarlığı, şücaəti və fədakarlığı qarşısında tab gətirə bilmədi. Qəhrəman hərbçilərimiz canları və qanları bahasına addım-addım irəliləyərək düşmənin müqavimətini qırdılar. Rayonun işğaldan azad olunması əməliyyatı 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin və ətraf kəndlərin düşməndən təmizlənməsi ilə şanlı zəfərlə nəticələndi. Bu tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən “Füzulinin azad olunmasına görə” medalı təsis olundu və bu döyüşlərdə misilsiz rəşadət göstərmiş minlərlə hərbi qulluqçu həmin medalla təltif edildi. Eyni zamanda, dövlət başçısının sərəncamı ilə Füzuli şəhərinin azad edildiyi gün – 17 Oktyabr "Füzuli şəhəri günü" kimi təsis olundu və bu gün hər il böyük qürur və təntənə ilə qeyd edilir.
Zəfərdən sonra bəlli oldu ki, Füzuli azad edilmiş rayonlar arasında minaların və partlamamış hərbi sursatların sayına görə ən çox çirkləndirilmiş rayondur. İşğalçı Ermənistan Füzuli ərazisində yüz minlərlə mina yerləşdirərək regionun təhlükəsizliyinə və bərpa işlərinə ciddi maneələr yaratmışdı. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti dərhal genişmiqyaslı minatəmizləmə və yenidənqurma tədbirlərinə başladı.
Prezident İlham Əliyevin verdiyi tapşırıqlara və xüsusi nəzarətinə əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Qısa müddət ərzində Füzulidə beynəlxalq standartlara cavab verən Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verildi, modern avtomobil və dəmir yolları çəkildi, elektrik və su təchizatı sistemləri quruldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmş Füzuliyə fərqli vaxtlarda etdiyi çoxsaylı səfərləri rayonun sürətli bərpasında və strateji layihələrin təməlinin qoyulmasında mühüm mərhələyə çevrildi. Dövlət başçısı şəxsən yeni yaşayış massivlərinin, məktəblərin, xəstəxanaların və sənaye obyektlərinin təməlini qoymuş, görülən işlərlə yerindəcə tanış olmuşdur.
Füzulinin yenidən qurulması prosesində dost və qardaş ölkələrin dəstəyi də xüsusi qeyd olunmalıdır. Qardaş Özbəkistan Respublikasından maddi və mənəvi dəstək olaraq Füzulidə modern üslubda tikilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb istifadəyə verildi. Eyni zamanda, Qardaş Qazaxıstan Respublikasının böyük dəstəyi ilə şəhərdə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşaa olundu. Bu addımlar Türk dünyasının sarsılmaz birliyinin və qardaşlığının bariz nümunəsidir.
Bu gün Füzuli Azərbaycan dövlətinin uğurla həyata keçirdiyi "Böyük Qayıdış Proqramı"nın ön sıralarında yer alır. Doğma yurdlarından illərlə ayrı düşmüş Füzuli sakinləri mərhələli şəkildə öz ata-baba torpaqlarına, müasir standartlara uyğun tikilmiş yeni mənzillərinə qayıdırlar. Yenidən doğulan, müasir və təhlükəsiz şəhərə çevrilən Füzuli həm də regionun iqtisadi və mədəni mərkəzlərindən biri kimi öz əvvəlki əzəmətini bərpa edir.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
İqtisadiyyat
16 Oktyabr 12:53
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11
Dünya
15 Oktyabr 13:12
Siyasət
15 Oktyabr 13:11
Siyasət
15 Oktyabr 13:09
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49

