Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Tərtər rayon təşkilatının Sarov ərazi partiya təşkilatında tədbir keçirilib

YAP Tərtər rayon təşkilatının Sarov ərazi partiya təşkilatında tədbir keçirilib

16.10.2026 [13:06]

YAP Tərtər rayon təşkilatının Sarov ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu və VIII Qurultayda qarşıya qoyulan vəzifələr barədə danışıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın davamlı inkişafına, iqtisadi potensialının gücləndirilməsinə və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Sonra Sarov ərazi partiya təşkilatının sədri Almaz Qasımova çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm hədəflərdir. O vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və Azərbaycanın hərtərəfli inkişafına yönəlib.

Sonda Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin icrasında hər bir partiya üzvünün məsuliyyətli və fəal mövqe nümayiş etdirməsinin, partiyanın fəaliyyətində yaxından iştirak etməsinin və müəyyənləşdirilmiş hədəflərin həyata keçirilməsinə töhfə verməsinin vacibliyi vurğulanıb.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31