Tərtərdə soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib
01.04.2014 [09:17]
Tərtər rayonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilib. Tərtər rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə keçirdikləri tədbirin iştirakçıları əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri qoyublar.
Sonra tədbir Gənclər Mərkəzinin iclas zalında davam etdirilib.
YAP Tərtər rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov tədbiri açaraq Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışıb. Qeyd olunub ki, ermənilər öz havadarlarının köməyi ilə 1905-1907, 1918-1920, 1948-1952 və 1988-1994-cü illərdə xalqımıza qarşı soyqırımı siyasəti apararaq kütləvi qətliamlar, görünməmiş vəhşiliklər törədiblər. 1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali öldürülüb, görünməmiş qanlı cinayətlər törədilib. O vaxtkı qırğınlar zamanı erməni daşnakları Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ və digər ərazilərdə yüzlərlə kəndi viran qoyub, on minlərlə insanı məhv ediblər. Ermənilərin azərbaycanlılara qarşı bu məkrli siyasəti Sovet hakimiyyəti illərində də davam etdirilib.
Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilib, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya ediliblər. Ermənilər ötən əsrin axırlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda həyata keçirdikləri növbəti soyqırımında on minlərlə azərbaycanlını öldürüb, şikəst ediblər. Əzəli torpaqlarımız olan Ermənistanda etnik təmizləmə aparılıb, ərazimizin daha 20 faizi işğal edilib.
Natiq, eyni zamada, Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulayıb, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlət başçısının fəaliyyətini yüksək qiymətləndirib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

