YAP Mingəçevir şəhər təşkilatında partiya fəalları ilə görüş keçirilib
18.12.2014 [10:09]
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatında partiya fəalları ilə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatları Tahir Rzayev və İlham Məmmədov iştirak ediblər.
YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bələdiyyə seçkilərinin ölkənin siyasi həyatında mühüm hadisə olduğunu bildirib: “Bilirsiniz ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz, xüsusilə regionlarımız inkişaf edir. Bu mənada, bələdiyyələr əhalinin sosial məsələlərinin həllində yaxından iştirak etməlidir”.
Milli Məclisin deputatı Tahir Rzayev yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizdə yeni təsisat olmasına baxmayaraq, bələdiyyələrə dair qanunvericilik bazası kifayət qədər mükəmməldir. YAP-ın ölkədə ən güclü partiya olduğunu deyən T.Rzayev qeyd edib ki, partiyanın namizədləri bələdiyyələrdə təmsil olunmağa layiqli insanlardır: “Partiyamız bütün seçkilərdə uğur qazanır. Bunun səbəbi onun Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir. YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır”.
Milli Məclisin deputatı İlham Məmmədov çıxışında bildirib ki, ölkəmiz gündən-günə inkişaf edir. Bu da Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində baş verir. Onun sözlərinə görə, Azərbaycandakı quruculuq işləri Mingəçevir şəhərində də özünü göstərməkdədir. “Hər yerdə bələdiyyələrə namizədlərlə görüşlər keçirilir. Keçirilən bu görüşlərlə bağlı qənaətim belədir ki, seçicilər YAP-ın namizədlərinə ümidlə yanaşır və onlara səs verəcəklər”, - deyə İ.Məmmədov əlavə edib.
Tədbirdə YAP Mingəçevir şəhər təşkilatı Seçki Qərargahının təbliğat-təşviqat qrupunun rəhbəri Əyyub Əyyubov da çıxış edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50

