/ / Şəmkirdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
Şəmkirdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
01.05.2015 [09:35]
Şəmkir rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu istiqamətdə növbəti tədbir aprelin 29-da baş tutub. Belə ki, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin Şəmkirə səfəri zamanı Onunla görüşən Şəmkir ziyalılarının YAP-ın fəal gəncləri ilə görüşü keçirilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tədbiri giriş sözü ilə açaraq deyib ki, Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin olunanda Azərbaycan keçmiş sovetlər birliyində ən geridə qalan, aqrar bir respublika idi. Qısa bir vaxt ərzində Ulu öndər Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın, sənayenin inkişafına da nail oldu. F.Vəliyev qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu öndərimiz 2-ci dəfə Azərbaycana rəhbərliyə gələndə ölkəmiz vətəndaş müharibəsi həddində idi. Belə bir şəraitdə Ulu öndərimiz Azərbaycan dövlətçiliyini xilas etdi: “Ulu öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda, möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı. Biz bütün bunlara görə yalnız Ulu öndərimizə borcluyuq”.
Şəmkir rayon Ağsaqqallar Şurasının üzvü İsmayıl Süleymanov çıxış edərək deyib ki, Ulu öndər Heydər Əliyev xalqımızın və dövlətimizin taleyüklü həlledici çətin anlarında bütün məsuliyyəti həmişə Öz üzərinə götürüb: “Bu gün Azərbaycan dünya siyasətində strateji əhəmiyyəti olan bir ölkədir və bu nüfuz getdikcə artır. İndi Heydər Əliyevin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir”.
Çıxış edən Şəmkir rayonu Düyərli kənd İƏD-si üzrə nümayəndə, YAP Şəmkir rayon Qadınlar Şurası İdarə Heyətinin üzvü Aybəniz Nəsibova, Şəmkir rayon Təhsil şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatının sədr müavini Məcid Şıxlinski, YAP Şəmkir rayon Qadınlar Şurasının sədri Nüşabə Seyidova, Şəmkir rayon Ağsaqqallar Şurasının üzvü Qafar Vəliyev, Şəmkir rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədr müavini Vüsal Rzayev və digərləri Ulu öndərin Şəmkirə səfərindən geniş bəhs ediblər. Həmçinin, bildirilib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərini Azərbaycan xalqı unutmayıb və hər il keçirilən, xalqımızın böyük hörmətini və məhəbbətini ifadə edən bu tədbirlər vətəndaşların Ulu öndər Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz, böyük, möhtəşəm xidmətlərinə verdiyi qiymətdir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

