Xəzər rayon seçiciləri YAP-ın namizədlərinin imzatoplama kampaniyasına böyük maraq göstərirlər
19.09.2015 [10:44]
Namiq Əhmədov: Mehriban xanım Əliyevanın deputatlığa namizədliyinin növbəti dəfə Xəzər rayonundan irəli sürülməsi rayon ictimaiyyəti tərəfindən sevinclə qarşılandı
Bildiyiniz kimi, noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası (YAP) bu seçkilərə hazırdır və partiyamız uğurlu seçki kampaniyası həyata keçirir. Artıq partıyamızın deputatlığa namizədləri elan olunub və YAP-ın yerli strukturları namizədlərin qeydə alınması üçün imzatoplama kampaniyasına başlayıblar.
YAP Xəzər rayon təşkilatının Seçki Qərargahı da kampaniyaya uğurla start verib. Məlum olduğu kimi, 14 saylı Xəzər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini Mehriban Əliyevadır. YAP Xəzər rayon təşkilatının Seçki Qərargahının rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov bildirib ki, partiyanın bütün yerli strukturları kimi Xəzər rayon təşkilatı da parlament seçkilərinə ciddi şəkildə hazırlaşır və YAP rəhbərliyinin tövsiyə və tapşırıqlarını layiqli səviyyədə yerinə yetirməyə çalışır: “Bir müddət öncə YAP Mərkəzi Seçki Qərargahının Xəzər rayon şöbəsi yaradılıb və şöbənin üzvləri mütəmadi olaraq toplaşaraq gündəlik işlərlə bağlı vəzifələrini yerinə yetirirlər”.
Onun sözlərinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın növbəti dəfə Xəzər rayonundan deputatlığa namizədliyinin irəli sürülməsi rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb: “Hələ seçki kampaniyası ərəfəsində 14 saylı Xəzər Seçki Dairəsini təmsil edən insanlar partiyaya, şəxsən Mehriban xanıma müraciət edərək yenə də onu öz deputatları kimi görmək istədiklərini bildirirdilər. Çünki Mehriban xanım Əliyeva millət vəkili kimi Xəzər rayonunun sosial-iqtisadi inkişafında misilsiz xidmətlər göstərib. Son illərdə Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq, Bakı şəhəri və eləcə də respublikamızın regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Xəzər rayonunda da yüksək səviyyədə gözə çarpmaqdadır. Qeyd etdiyim kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Məclisdə Xəzər rayonu seçicilərini təmsil edir. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonumuzda çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən həmçinin valideyn himayəsindən məhrum olan uşaqlara da böyük qayğı göstərilir. Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi həyata keçirdiyi xeyirxahlıq missiyası ictimaiyyət, o cümlədən Xəzər rayonu sakinləri tərəfindən dəyərli bir örnək kimi qəbul olunur. Bütün bunların nəticəsi olaraq, Mehriban xanım Əliyevanın növbəti dəfə Xəzər rayonundan deputatlığa namizədliyinin irəli sürülməsi rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılandı. Mehriban xanım Əliyevanın deputatlığa namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasına artıq başlamışıq. Bu günün sonuna, yaxud sabah günün birinci yarısınadək qanunvericiliklə tələb olunan sayda imzanı toplayaraq bütün sənədləri müvafiq Dairə Seçki Komissiyasına təqdim edəcəyik. Qeyd edim ki, insanlar böyük ruh yüksəkliyi ilə Mehriban xanım Əliyevanın namizədliyi üçün öz imzalarını verirlər. Bu imzalar Seçki Dairəsinin bütün məntəqələrinin ərazisində toplanır. Onu da xatırladım ki, 2010-cu il parlament seçkilərində Mehriban xanım Əliyeva seçicilərin 94,19 faiz səsini toplayaraq millət vəkili seçilmişdi. Bu, respublika üzrə ən yüksək göstərici idi”.
N.Əhmədov bildirib ki, 14 saylı Xəzər Seçki Dairəsi üzrə seçicilərin sayı 44 min 246 nəfərdir. Seçki məntəqələrinin sayına gəlincə, Şüvəlan qəsəbəsi üzrə 10, Binə qəsəbəsi üzrə 13, Türkan qəsəbəsi üzrə 5, Zirə qəsəbəsi üzrə 5, bütövlükdə 33 məntəqə mövcuddur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

